Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp yenə “Twitter”dən od püskürür - İnqilab Keşikçiləri isə doğrudan mübarizə aparır..

Tramp hər dəfə İrana qarşı sərt danışmağa çalşır, amma İran İnqilab Keşikçiləri özlərinin fəaliyyəti ilə ABŞ prezidentini kölgədə qoyur...

Skot LUKAS
“The Independent” qəzeti, ABŞ, 20 sentyabr 2019-cu il

İranın özəl hərbi qüvvələri gəmiləri ələ keçirib, xariciləri həbs edib, dron hücumları həyata keçirərkən Prezident də qisas almaq üçün “Twitter”dən təhdidlər yağdırır. Əvvəlki davranışlara baxdıqda, görünür ki, Ağ Evin sahibi dediklərində çox da ciddi deyil.

Səudiyyənin neft şirkətinə qarşı olan hücum neft qiymətlərinin ciddi şəkildə yüksəlməsinə səbəb olub.

Donald Tramp keçən bazar günü dronlarla Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum edilməsinə “Twitter”dən cavab verib. Tramp mesajında qeyd edib ki, bunu hər kim edibsə, yaxın zamanda cavabını alacaq. Həmçinin, ABŞ-ın Xarici İşlər nazirinin İranı digərlərindən ayırması da Trampın kimi nəzərdə tutduğunu göstərir.

İyun ayının sonlarına yaxın İrana bağlı olan İnqilab Keşikçiləri Hörmüz boğazı yaxınlığında Amerikaya məxsus dronları vurduqdan sonra Tramp da buna qarşılıq olaraq hava hücumu həyata keçirəcəyini bildirib. Lakin 1 saat ərzində əməliyyatı ləğv edib və əsas hədəfinə qayıdıb: Şimali Koreya lideri Kim Çen İnlə başlayan gözlənilməz görüşlərin davamı kimi, bu dəfə də İran prezidenti Həsən Ruhani ilə görüşmək istəyini dilə gətirir.

Lakin görüş barədə razılaşma hələ əldə edilməyib. Trampın əsas problem odur ki, İslam Respublikasının dini liderinin icazəsi olmadan heç bir iranlı nümayəndə diplomatik toplantıda iştirak edə bilmir. Tramp 2015-ci ildə İran və 5+1 ölkələri ilə imzalanan nüvə sazişini ləğv etdikdən 6 ay sonra ABŞ-ın tətbiq etdiyi sanksiyalar geri çəkilmədikcə Ayətullah Xamenei də geri addım atmayacaq.

Bəsrə körfəzində külək hansı yönə doğru əsir?

Cavabı bir-birinə düşmən olan bu iki dövlətin üsullarında yox, İran xüsusi hərbi qüvvəsi olan və hal-hazırda da mübarizə aparan İnqilab Keşikçilərində axtarmaq lazımdır. İran höküməti keçən ildən bəri Tramp Adminstrasiyasının İslam Respublikasının iqtisadiyyatını məhv etmək üçün apardığı “maksimum təzyiq” strategiyası ilə mübarizə aparmağa çalışır.

Prezidenti Ruhani və Xarici naziri Cavad Zərif başda Avropa ölkələri olmaq üzrə digər ölkələrlə iqtisadi əlaqələrini qorumağa çalışır, lakin cəhdləri bu ana qədər nəticəsini verməyib. Bu zaman dini lider də amerikalılarla birbaşa diplomatik təması rədd edir və Avropanın İranın nüvə proqramı və ya Suriyada Bəşar Əsədin dəstəklənməsi kimi Yaxın Şərq fəaliyyətlərini müzakirə etmək çağırışını da rədd edir.

Bu durum həm amerikalıları, həm də “zəif” Ruhani hökümətini hədəf ala biləcək keşikçilərin hücum ehtimalını da ortaya qoyur. Keşikçilər İran daxilindəki amerikalı, britaniyalı və avstriyalılar daxil olmaqla, ikili vətəndaşlığı olan xariciləri yaxalamağa çalışarkən, bir yandan da Ruhani və Zərifə zərbə vurmaq üçün yerli media şəbəkələrindən istifadə edirlər. Keşikçilər Amerikaya məxsus bir dronu vurmaqla kifayətlənməyib, həm də BƏƏ limanında və Bəsrə körfəzindəki tankerlərə də hücum edib.

Dini lider 19 iyulda İranın super tanker olan “Adrian Dorya”nın Cəbəllütariqdə ələ keçirilməsinə cavab verdikdən sonra Keşikçilər də Birləşmiş Krallığın bayrağını daşıyan “Stena Impero” tankerini ələ keçirib. “Adrian Dorya” İranın Əsəd rejiminə neft göndərməyəcəyini bildirdikdən sonra buraxılıb. “Stena Impero” hələ də İranın cənubunda “Bəndər Abbas” limanında saxlanarkən, verilən öhdəlik də qısa zamanda pozulub.

Rəsmi olaraq şənbə günü baş verən hücumlar Yəmənin böyük bir qisminə nəzarət edən və təslim olan Husilər tərəfindən həyata keçirilib. Qeyri-rəsmi olaraq da İnqilab Keşikçiləri Husilərə təlim keçib və Səudiyyəli hədəflərə qarşı etdikləri hücumlarda onlara dəstək verib. İndi də ABŞ iddia edir ki, həm bu son hücumları, həm də daha əvvəlki hücumlar Yəməndən deyil, İraqda yerləşən və İrandan dəstək alan qüvvələrdən gəlir.

Əlbəttə ki, həm İran rejimi, həm də ABŞ hökümətinə şübhə ilə yanaşanlara bildirmək lazımdır ki, Tehranın son hadisədəki rolu hələ də sübut edilməyib. Həmçinin, Hörmüz boğazında dünya neft ehtiyatlarının 1/5-nin keçdiyi yolda edilən bu hücumlar üçün İranı günahlandıran hər kəsdən şübhə edəcəklər.

İnqilab Keşikçiləri də ABŞ-ın və İranın təzyiqlərinə cavab verir və iqtisadi böhrana mane olmağa çalışan İranın və Trampın strategiyasına da uğurla qarşılıq verir. Keşikçilərin hava qüvvələri komandiri general Əli Hacızadə bazar günü vəziyyəti açıqlayıb: “Bölgədəki ABŞ bazaları ilə yanaşı, təyyarə gəmiləri və müharibə gəmiləri də daxil olmaqla, 2000 km ölçüdə olan bütün qurğuları raket məsafəmizdədir və həmişə də izlənilir”.

Keşikçilər ən azından Trampın bu ay BMT ilə keçirmək istədiyi və kamera qarşısında iranlı bir nümayəndə ilə də görüşünə mane olublar. Hal-hazırda ən önəmli məsələ bunun Yaxın Şərqdə ölüm-itimə, dünya neft rezervlərinin boğulmasına səbəb olmasıdır.

Trampın “tvit”ləri ilə davam etsək, hələ daha çox nifrət və qəzəb görə bilərik. Lakin İnqilab Keşikçiləri artıq hərəkətə keçib və keçmişdə də Trampın dediyi kimi davranmaları ilə bağlı lap az örnək var. Cozef Stalinin Papa barədə dediyi replikanı bir az dəyişdirək: “Bir “Twitter” hesabında neçə tümən əsgər var?”

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar