Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir


ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Müllerin işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib


Bu arada prezident Donald Tramp xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.

“Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Tramp aprelin 26-da Fox News-un səhər proqramına telefonla müsahibəsində deyib.

Tramp deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.

“Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir. Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

Ağ ev bir neçə dəfə bildirib ki, Trampın Mülleri işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.

Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər isə Trumpa xəbərdarlıq ediblər ki, Müller-in işdən çıxarılması konstitusiya böhranı yaradar. 

Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Müller-i səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib. Komitənin aparıcı demokrat üzvü, senator Patrick Leahy tvitində yazıb ki,Tram-ın “bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”.Onun sözlərinə görə, Tramp Riçard Niksondan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.

Senat çoxluğunun lideri Mitç Makkonelin bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. Makkonelin fikrincə, Müllerə qoruma lazım deyil, çünki o, Trampın xüsusi prokuroru işdən çıxaracağına inanmır.

Baş prokuror Ceff Şessns da aprelin 26-da Trampın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.

Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – senator deyib. (Virtualaz.org)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar