Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp vergi sənədlərini təhqiqiata açıqlamalıdır” – Məhkəmə

Prezident Donald Trampın birgə işlədiyi mühasibat firması onun son səkkiz ildəki bütün vergi sənədlərini Nyu York ştatının ittihamçılarına verməlidir...

ABŞ apelyasiya məhkəməsinin bu barədə çıxardığı hökm Prezident Trampın öz maliyyə vəsaitlərini gizli saxlamaq səylərinə ciddi zərbə endirmiş olur.

Nyu Yorkda qərargahlanan Apelyasiya Məhkəməsinin İkinci Dairəsinin çıxardığı qərar Mazars LLP mühasibat şirkətinə qarşı sənəd təqdimatı qərarlarını ittihamçıların icra etmək funksiyasına qanuni əsas verir.

Çıxarılan hökmlə bağlı prezidentin Ali Məhkəməyə müraciət edəcəyi gözlənilir ki, buradakı doqquz ali hakimdən ikisini Donald Tramp təyin edib. Ali Məhkəmədə mövcud doqquz hakimdən beşi mühafizəkar təmayüllü sayılır.

Partiya mənsubiyyəti Demokrat olan Manahattan Rayon Prokuroru Cyrus Vans Tramp və onun ailəsinin daşınmaz əmlak biznesinə qarşı açlımış təhqiqatda onun gəlirlər bəyannaməsinə çıxış əldə etməyə çalışır. Həmin təhqiqatın miqyası bəlli deyil.

Vansın ofisi Trampın müraciətinə Ali Məhkəmədə baxıldığı zaman vergi sənədlərinin alınması ilə bağlı qərarı icra etməməyə razılıq verib.

Hazırkı razılığa əsasən, Tramp növbəti 10 gün ərzində apelyasiyaya müraciət etməlidir.

Nyu Yorkda qərarganlanan biznesi əsasında daşınmaz əmlak imperiyası qurmuş Prezident Tramp hazırda Demorkatların dominant olduqları Nümayəndələr Palatasında impiçment sorğusu ilə üzləşir. (amerikaninsesi.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar