Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp “Twitter”i ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb

ABŞ prezidenti Donald Tramp bəzi paylaşımlarında yalan məlumatlar peyda olduqdan sonra “Twitter” sosial şəbəkəsini Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb... 

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider özünün “Twitter” səhifəsində yazıb.

“Twitter” indi də 2020-ci il prezident seçkilərinə müdaxilə edir. Onlar bildirirlər ki, kütləvi korrupsiyaya və saxtalaşdırmaya səbəb ola biləcək poçt səsverməsi ilə bağlı mənim açıqlamam “CNN” və “Washington Post”un saxta xəbərləri ilə aparılan məlumatların yoxlanılmasına əsaslanaraq doğru deyil. “Twitter” tamamilə söz azadlığına təzyiq göstərir və mən prezident kimi buna imkan verməyəcəm”, - Tramp belə deyib.

Qeyd edək ki, bazar günü ABŞ prezidenti “Twitter” səhifəsində yazıb ki, demokratlar poçt səsverməsi təşkil edərək seçki saxtakarlığı üçün şərait yaratmağa çalışırlar. Amerika liderinin sözlərinə görə, onun siyasi rəqibləri koronavirusdan “dələduzluq üçün bir bəhanə kimi” kimi istifadə etməyə çalışırlar. Bundan sonra Trampın tvitində məlumatların etibarsız olması və əlavə araşdırmaya ehtiyac duyulması barədə xüsusi bir işarə qeyd edilib.

pia.az 


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar