Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Türkiyəyə tətbiq etdiyi sanksiyalardan imtina edə biləcəkmi?

Amerika və Türkiyə arasındakı münasibətlərin davam etməsini istəyən qaynaqlar deyir ki, elə bir hava var ki, sanki CAATSA təkcə Türkiyə üçün yazılıb...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 18 iyul 2019-cu il

Türkiyə kənardan elə görünür ki, sanki, S-400 prosesindəki bütün diplomatik manevrlərini ABŞ-ın sanksiyalar qanunundakı “Prezidentin sanksiyadan imtina etmək hüququ”ndan istifadə etmək ehtimalı üzərində qurub.

Bu hüquq CAATSA qanunu yazılarkən senatlar tərəfindən Prezidentə verilib və qanunun mətninə qeyd olunub.

Bəs təkcə buna əsaslanaraq deyə bilərik mi ki, Türkiyənin gözləntisinin reallaşma ehtimalı var? Əslində, bu cür xəyalpərəst düşüncədən uzaqlaşıb, reallıqla üzləşməliyik.

Hal-hazırda Vaşinqtondakı reallıqlar belədir:

Qeyd etdiyim kimi, CAATSA qanununu yazan Konqres üzvləri sadəcə Amerikanın milli təhlükəsizlik əsaslarını qorumaq məqsədilə Prezidentə bir ölkəyə sanksiya tətbiq etmək haqqından imtina etməkdən hüququ veriblər.

Bu qanunun mətnini Nümayəndələr Palatasından və Senatdan iştirak edərək yazan Konqres üzvlərinə baxdıqda görünür ki, hamısı siyasi fəaliyyətlərində Türkiyə əleyhinə olublar.

İndi mənə Vaşinqtonda deyilənlər belədir:

Bu konqresin üzvləri qanunun “waiver” bölməsini yazarkən qeyd ediblər ki, Prezident istəsə belə Türkiyə üçün bu hüququndan istifadə edə bilməyəcək.

Yəni məsələ budur ki, ABŞ Konqresi hələ səsvermə keçirilməmiş Prezidentin gələcəkdə Türkiyənin lehinə bir addım atmaması üçün qanun yazıblar.

Bu mətnin yazılmasında aktiv şəkildə iştirak etmiş Ceyms Lenkford kimi senatorlar məhz buna görə hər yerdə Prezidentin Türkiyəyə qarşı sanksiya tətbiq etməsinin məcburi olduğunu deyirlər.

Ağ Evin hələ qanun yazılarkən duruma müdaxilə edib, gələcəkdə ola biləcək problemlərin qarşını almaq üçün tədbir görməsinin daha doğru olduğunu deyən qisimlər var. Bu fürsət isə artıq əldən çıxdığı üçün, CAATSA həm Nümayəndələr Palatasından və Senatdan səsvermə ilə keçdiyi üçün Prezident hal-hazırda Türkiyə üçün heç ne edə bilmir.

Amerika və Türkiyə arasındakı münasibətlərin davam etməsini istəyən qaynaqlar deyir ki, elə bir hava var ki, sanki CAATSA təkcə Türkiyə üçün yazılıb. Çünki bu qanunun mətni digər ölkələr üçün sanksiyanın ertələnməsini mümküm hala gətirir. Amma bircə Türkiyə üçün bu qapını bağlamaq istəyirlər. Konqresin niyə belə davrandığını da bu qisimdən olanlar belə izah edirlər:

ABŞ-ın Türkiyə ilə olan münasibəti Vaşinqtonda uzun illərdir zərbə görürdü. Hər iki tərəf də bir-birlərinə rəqib kimi davranmağa başlayıblar. Türkiyədən gələn anti-Amerika səsləri də Vaşinqtondakı durumunu Türkiyənin əleyhinə çevirirdi. Türkiyənin sadə bir durum olaraq üstündən keçəcəyi hadisə - səfirliyin qarşısında etirazçıların döyülməsinin də Konqres üzərində travmatik təsiri olub. Bütün xəbərlər ard-arda gəldikdən sonra Konqres Türkiyəyə tamamilə düşmən kimi davranmağa başlayıb. İki tərəf də yaxşı niyyət göstərsə belə, bu durumun düzəlməsi və yenidən güvən formalaşması illərlə çəkə bilər.”

Nəticədə, Prezident də iki variant arasında qalıb. Tramp Türkiyəni kənara atmaq istəmir və bacarsaydı, heç sanksiya da tətbiq etməyəcəkdi. Bunu da Türkiyəni çox sevdiyindən etməyəcəkdi. Sadəcə olaraq Tramp bir NATO üzvü kimi Türkiyənin rus silahını alacağı təqdirdə Amerikanın qlobal silah bazarındakı gücünün zərbə alacağını anlayıb və bundan qorxur. Əgər Türkiyə əleyhinə və ona əngəl olan mətn olmasaydı, Tramp F-35-ləri də Türkiyəyə satacaqdı.

Qeyd etdiyim kimu, indi bu, çox da mümkün deyil. Tramp, bəlkə də, sanksiyaları tətbiq etməyi 180 günlük ertələyə bilər və o vaxt ərzində bazarlıq edə bilər. Lakin bunun üçün də Konqresi bu addımın ABŞ milli maraqlarına uyğun olduğuna razı salmalıdır.

CAATSA-nın mətni sanksiyalar məsələsində Prezidentə 12 variantdan 5-ni seçmək imkanı verir.

İndi isə Vaşinqtonda qanuna uyğun şəkildə davranmalı olan Trampın sanksiyalarda Türkiyəyə ən az zərər verən variantları seçəcəyi və bunun üçün də, xüsusilə respublikaçı Senatı yanına çəkəcəyi düşünülür.

Lakin irqçi sözlərinə görə Nümayəndələr Palatası tərəfindən rəsmən qınanıldıqdan sonra, görünür, Trampın Konqres daxilibdə işi xeyli çətin olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar