Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Türkiyə ilə aranı düzəltməyə çalışır?

ABŞ Türkiyə poladına tətbiq etdiyi vergini endirdi - Tramp niyə geri addım atdı?

Politoloq: “Polad idxalına tətbiq edilən gömrük vergisinin 50%-dən 25 %-ə endirilməsini ABŞ-ın Türkiyə ilə uzlaşmaq istədiyi kimi qiymətləndirməliyik”.

“Türkiyə xarici siyasətində prinsipial məsələlərdə israrını davam etdirdikcə ABŞ onunla uzlaşmağa məcbur qalacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Trampın rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinə etdiyi dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib. Belə ki, Prezident gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Bu barədə Ağ Ev yazılı açıqlama yayımlayıb. Prezidentin açıqlamasında gömrük vergisinin niyə 50%-ə çıxarılması izah olunub. Sonra bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Buna görə də gömrük vergisində endirim olunub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi.

Trampın Türkiyəyə qarşı geri addım atmasının səbəbi nədir?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “S-400 məsələsində də Türkiyənin qətiliyi ABŞ-ın geri çəkilməsində rol oynaya bilər”.

Türkiyə xarici işlər naziri Çavuşoğlunun dili ilə ABŞ-a vəd verdiyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, alınan S-400-lər tam Ankaranın nəzarətində olacaq və amerikan F-35-lərə heç bir təhlükə yaratmayacaq. Yəni raket komplekslərinin kodları, şifrələri Türkiyəyə veriləcək. Bu çox önəmli nüansdır:

“Türkiyə xarici siyasətində prinsipial məsələlərdə israrını davam etdirdikcə ABŞ onunla uzlaşmağa məcbur qalacaq. Güclüsənsə güclülər səninlə uzlaşacaq, zəifsənsə zəiflər belə səninlə uzlaşan deyil. Siyasətin yazılmamış qanunları budur. S-400 məsələsində də Türkiyənin qətiliyi ABŞ-ın geri çəkilməsində rol oynaya bilər. Türkiyə xarici işlər naziri Çavuşoğlunun dili ilə ABŞ-a vəd verib. Alınan S-400-lər tam Ankaranın nəzarətində olacaq və amerikan F-35-lərinə heç bir təhlükə yaratmayacaq. Yəni raket komplekslərinin kodları, şifrələri Türkiyəyə veriləcək. Bu çox önəmli nüansdır.

Adətən ABŞ, Rusiya, İsrail kimi dövlətlər silahlarını başqa ölkələrə satanda şifrələri, kodları özlərində saxlayırlar. Məsələn ABŞ Səudiyyə Ərəbistana çoxlu miqdarda silahlar satır lakin strateji və önəm daşıyan silahlarının şifrələrini ərəblərə vermirlər. Və yaxud da İsrail Azərbaycana pilotsuz təyyarə satır, amma kodlar onlarda qalır. Bütün bu söylədiklərim ona görədir ki, Türkiyənin qətiyyətli addımları ABŞ-ı hansısa məsələlərdə razı salmağa məcbur edib.

Putin əbəs yerə söyləmədi ki, Ərdoğan nəyisə dedisə edəcək. Polad idxalına tətbiq edilən gömrük vergisinin 50%-dən 25 %-ə endirilməsini də ABŞ-ın Türkiyə ilə uzlaşmaq istədiyi kimi qiymətləndirməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar