Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp timsahlar və ilanlara dolu xəndək qazılmasını tapşırıb - Köçkünlərin qarışını almaq üçün...

Köməkçilər bunun qeyri-qanuni olduğunu dedikdən sonra Prezident fikrindən daşınıb...

Zamira RAHİM
“The Independent” qəzeti, Böyük Britaniya, 2 oktyabr 2019-cu il

İddiaya görə, Donald Tramp ABŞ-Meksika sərhəddini keçən köçkünlərin qarşısını almaq üçün onların ayaqlarına atəş açılmasını məsləhət görüb. Qeyd edilir ki, Prezident gizli bir görüşdə qeyri-qanuni əməliyyatlar keçirmək üçün təzyiq göstərib. Eyni zamanda, tez-tez ilan ya da timsahla dolu bir xəndək qazılmasını məsləhət görüb.

Bu fikir anormal olsa da, “The New York Times”ın verdiyi məlumata görə, 73 yaşlı Prezidentin köməkçiləri bu xəndəyin xərclərini araşdırıb. Tramp ümid edib ki, bu xəndək sərhəd divarı ilə birlikdə inşa edilsin. Prezident, eyni zamanda, divarın elektrikli və tıkanlı olmasını istəyib.

Tramp 2018-ci ildə hərbi qüvvələrə açıq şəkildə bildirib ki, əgər onlara daş atılsa, köçkünlərə atəş açsınlar:

“Sizə belə deyim, Meksikaya və Meksika ordusuna, polisinə etdikləri kimi sizə də daş və ya qaya atan olsa, bunu odlu silah sayacağıq”.

İşçilər digər fikirlər kimi bunun da qeyri-qanuni olduğunu dedikdə təklif rədd edilib.

İddiaya görə, Trampın ona qarşı gələn Kirstyen Nilsen kimi köməkçilərinə səbri tükənmək üzrədir.

Sabiq Daxili Təhlükəsizlik naziri Prezidenti divarı qara rəngə boyamaq fikrindən daşındırıb və bildirib ki, inşaatı sürətləndirmək üçün Ağ Evin mülkiyyət sahiblərindən icazə almalıdır. Deyilənə görə, Prezident də ona bildirib ki, sahələr müsadirə edilsin və əgər ev sahibləri istəyirsə, onu məhkəməyə versin.

Daha sonra Nilsenə bildirib ki, sərhəd divarını sementdən inşa etsinlər. Nilsen isə: “Bunun mümkün olduğunu sanmıram”, deyə cavab verib və bundan qısa bir müddət sonra vəzifəsindən istefa edib.

Prezidentin planına etiraz edən digər Ağ Ev müşavirləri də ya istefaya getdi, ya da qovuldu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar