Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp-Tac Mahal, Tramp-Vodka, Tramp-seksual manyak... - Fotolar

Çağdaş dünyanın ən qalmaqallı siyasətçisi sayılan ABŞ-ın 45-ci prezidenti (20 yanvar 2017-ci ildən) Donald Tramp (1946) 70 yaşında dünyanın superdövlətinin rəhbəri seçildi. O, Amerika tarixində prezident seçilən ən yaşlı adamdır. Həm də Ağ Evə sahib olan ilk milyarderdir. Biznesmen, mediamaqnat, yazıçı, aktyor, realiti-şou prodüseri, tikinti konqlomeratının sahibi, hotellər şəbəkəsi olan birisi... Hə, Bakıda da sabiq nazir Ziya Məmmədov və onun oğlu Anar ilə birlikdə "Trump Tower" də (Tramp Qülləsi) inşa edildi...

Bu adam ABŞ-ın daşlaşmış siyasi sistemini darmadağın etdi. Az qala bütün qırmızı xətləri keçdi. Çinlə ticarət müharibəsinə başladı, İranla bağlanmış çoxtərfli nüvə razılaşmasından çıxdı, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi, Amerikanın hər il Pakistana ödədiyi 5 milyard dollarlıq yardımı kəsdi, Türkiyə ilə münasibətləri gərginləşdirdi. Ata tərəfi alman olsa da Almaniya ilə münasibətləri sınma nöqtəsinə qədər pisləşdirdi, Britaniyada da onu sevmirlər, bütövlükdə Avropa Birliyi ilə problemi var, Meksika ilə Amerika sərhəddi boyunca dəyəri 5.7 milyard olan daş hasar çəkməkdə qərarlıdır...

Əvəzində İsrail ilə münasibəti ən üst qata qaldırdı. Yerusəlimi (Qüds) İsrailin paytaxtı, bu ölkənin 1967-ci ildə işğal etdiyi və Suriya ərazisi olan Holand təpələrini İsrail ərazisi kimi tanıdı. Niyə belə edir? Axı bütün bunlar demokratiyaya-Amerikanın yüz illər ərzində əlində bayraq etdiyi dəyərlərə ziddir. Çünki o, özünü daha çox Amerikada hegimon məqamlara sahib protestant (evanqelist) kilsəsinin lideri kimi aparır. Bu kilsə isə yəhudilərə xüsusi simpatiyası ilə tanınır...

Qaradərili və latın əsilli insanlara qarşı dözümsüzdür, müsəlmanlara xüsusi nifrəti ilə seçilir, faşistlərə simpatiyasını gizlətmir. Məsələn, ABŞ-da faşist təmayüllü bir dəstə gəlmələrə hücum edir. Bu münasibətlə açıqlama verən Donald Tramp belə demişdi: “Hər iki tərəfdə yaxşı adamlar vardı”.

Dolayısı ilə faşistləri “yaxşı adam” kimi dəyərləndirmişdi. Təbiiki, bu məqam Amerika mediasının diqqətindən qaçmamışdı... Mediamaqnat olsa da media ilə anlaşa bilmir və dünya çapında azad media ilə konfliktdə olan birisi kimi tanınır...

Bu yazıda Donald Trampla bağlı ictimaiyyətə nisbətən az məlum olan faktları sıralayacağıq. Bu fakların hər birində prezident Trampın kimliyinin hissəcikləri gizlənib...

28 iyun. 2015-ci il. O, “The Apprentice” (usta yanında öyrənən şagird anlamını verir) TV shousunda bəyan etdi ki, prezident seçkilərinə qatıldığına görə prodüser kimi fəaliyyətini dayandırır. “The Apprentice”in Amerika üçün nə demək olduğunu vurğulamaq üçün başqa bir fakta diqqət edək: “Donald Tramp “The Apprentice”ə qədər Amerikada tanınırdı, ancaq “The Apprentice” onu dünyaya tanıtdırdı”. Orası da var ki, o, 2000-ci ildə də ABŞ prezidenti olmağa cəhd etmişdi.

Prezident seçkisinə “Make America Great Again” (Amerikanı yenidən möhtəşəm edək) şüarı ilə qoşuldu. Bəllidir ki, Amerikanın 40-cı prezidenti Ronald Reyqan (1981-1989) Amerikanın 39-cu prezidenti Cimmi Karterə (1977-1981) qarşı təbliğat savaşında məhz bu şüardan istifadə edib. Amerikalılara xoş gələn bu şüar Donald Trampı da siyasi Olimpin zirvəsinə yüksəltdi. Yeri gəlmişkən, Donald Trampın Ronald Reyqanla birgə fotosu var. Foto Ağ Evdə qəbul zamanı çəkilib...

Trampın ailəsi kifayət qədər varlı olub. Buna baxmayaraq, o da digər 4 bacı-qardaşı kimi məktəbdən sonra pul qazanmaq üçün müxtəlif yerlərdə çalışıb. Əslində bu, Amerikada qəbul olunmuş ənənədir və milyarder balaları da bu ənənəni pozmur...

Orta məktəb şagirdi olarkən Trampın musiqi müəlliminin dərsdəki davranışından xoşu gəlmir və müəllimin sifətinə qəfil yumruq zərbəsi endirir. Nəticədə müəllimin gözünün altı qaralır və şagird Tramp məktəbdən qovulur. Son dərəcə nadinc olduğuna görə o, tez-tez bu kimi problemlər yaradır. Vəziyyətdən çıxmaq üçün valideynləri onu hərbi məktəbə göndərirlər və ümid edirlər ki, hərbi qaydalar bu köntöy uşağı “rəndələyə bilər”.

2016-ci ildə Britaniya parlamentində Donald Trampın Birləşmiş Krallığa girişinə qadağa qoyulması ilə bağlı təklif müzakirə olunur. Çünki o, çıxışlarının birində müsəlmanlara qarşı nifrət püskürmüşdü.

Müsəlmanlarla bağlı başqa bir məqam: 27 yanvar. 2017-ci il. Prezident Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının, o cümlədən, Suriyadan olanların Amerikaya girişinə 90 günlük qadağa qoydu. Ancaq ABŞ məhkəməsi bu qadağanı qüvvədən saldı...

Donald Tramp İrlandiya Universitetinin fəxri üzvü olub. Görünür, Trampın ana tərəfinin İrland əsilli olması bu işdə müəyyən rol oynayıb. Buna baxmayaraq, o, müsəlmanlara qarşı yaramaz çıxışlarına görə Universitetin fəxri üzvlüyündən çıxarılıb.

Donald Tramp hələ uzaq 1973-cü ildə qaradərili amerikalılara qarşı diskriminasiya siyasəti yeritdiyinə görə ABŞ Ədliyyə Departamenti tərəfindən istintaqa cəlb olunub.

Başqa bir fakt. O, ABŞ-ın 44-cü prezidenti Barak Hüseyn Obamanın (2009-2017) prezident olmaması üçün ciddi fəaliyyət göstərib. 2011-ci ildə Amerikanın ilk qaradərili prezidentinin qarşısını almaq üçün o, “Barak Obama ABŞ-da doğulmayıb” iddialarını səsləndirənlərə qoşulub. Bu kimi iddiaları yalanlamaq üçün B.Obama 2014-cü ildə doğum şəhadətnaməsin ortaya qoydu...

O, heç ağdərilı yabançılara da xüsusi simpatiya bəsləmir. Məsələn, o, “Trump Tower”i tikdirərkən qeyri-qanuni şəkildə 200 polyak işçidən istifadə edib. İşin müqabilində isə onların saatına 4-5 dollar ödəyib. Bu isə Amerika standartlarının dördə biri deməkdir. Üstəlik, onları 12 saat işləməyə məcbur edib.

19 sentyabr. 2017-ci il. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində çıxış edən Donald Tramp Şimali Koreya lideri Kim Çen Ini “Rocket Man” (Roket Kişi anlamında) adlandırdı və bəyan etdi ki, Amerika özünü və müttəfiqlərini müdafiə etmək üçün bu ölkəni “tamamilə məhv edə bilər”.

12 yanvar. 2018-ci il. “The Wall Street Journal” xəbər yaydı ki, 2016-cı ildə - seçkiyə cəmi bir həftə qalmış Donald Trampın vəkili ilə porno-ulduz Stefani Kliford arasında gizli anlaşma əldə olunub və Trampla bir vaxtlar eşq macərası yaşamış bu xanım susmağın müqabilində vəkildən 130 min dollar alıb...

2004-cü ildə dünya çapında populyar olan “The Apprentice” TV sousunda iştirak edən modellər haqqında danışarkən Donald Tramp demişdi ki, onların hamısını bir-bir “bişirib”. “Zatən, bu, başqa cür də ola bilməzdi”.

2016-ci ildə 24 qadın son 30 ildə Tramp tərəfindən seksual zorakılığa məruz qaldığını rəsmən elan etdi.

Tramp etiraf edir ki, o, eqoistdir. Əmindir ki, həyatda uğur qazanmış hər bir kəsdə eqoizm var. Ancaq Tramp sadəcə eqoist deyil. O, həm də son dərəcə çalışqandır. Həftədə 85 saat işləyir. Cəmi 4 saat yatır. Gecə saat 1-də yatağa girir, səhər saat 5-də yuxudan durur.

Tramp siqaret çəkmir, spirtli içki qəbul etmir. Bunun maraqlı səbəbi var. Onun 1981-ci ildə - gənc yaşında vəfat edən böyük qardaşı Freddi alkoqolik idi və bu aludəçilik onu məhv etdi.

Trampın ilk kitabı - "Sövdələşmə məharəti" bestsellerə çevrildi. Elə digər kitabları da ona yazıçı kimi böyük uğur gətirdi. Ümumiyyətlə, ABŞ-da kitabları yüksək tirajla satılan Tramp kimi ikinci yazıçı yoxdur və heç olmayıb da...

2016-cı ildə “Forbes” Trampı dünyanın ən varlı adamları siyahısında 336-cı yerdə göstərdi. Amerikada isə o, 4.5 milyard dollar varidatla 156-cı yeri tutdu.

Trampın nəsli (əvvələr Drumpf və ya Drumpft) Almaniyadan olduğuna görə lüteran olub. Onun ailəsi adını xristianlıqda ciddi islahatlar həyata keçirmiş Martin Lüterdən götürən bu cərəyanın davamçı olub. Amerikaya köçdükdən sonra isə bu nəsil dominant agilikan kilsəsinə tapınıb...

Tramp aktyor kimi 12 filmdə çəkilib, 14 TV serialda oynayıb.

O, son 40 ildə vergi hesabatlarını xalqa açıqlamayan yeganə prezidentdir.

Dünyanın hər yerində Trampla bağlı müxtəlif şeylər qarşınıza çıxa bilər. "Tramp-Vodka"dan "Tramp-Tac Mahal" hotelinə qədər...

Elbəyi Həsənli, Sürix

https://www.factretriever.com/donald-trump-facts

https://edition.cnn.com/2013/07/04/us/donald-trump-fast-facts/index.html

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar