Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Şimali Koreya lideri ilə yenidən görüşə bilərik

Bu barədə "Reuters" agentliyi məlumat yayıb

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə növbəti dəfə görüşə biləcəyini bəyan edib.

ABŞ Prezidenti Şimali Koreyanın raket sınaqlarından narazı qaldığını, ancaq Pxenyanın raket sınaqları ilə hər hansı razılaşmanı pozmadığını da söyləyib.

Qeyd edək ki, D. Tramp və K. Ç. İn arasında son görüş iyunun 30-da Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada baş tutub. Görüşdən sonra D. Tramp K. Ç. İnlə müəyyən detalları razılaşdırmaq üçün danışıqlar üzrə komandalar formalaşdıracaqlarını bildirmişdi.

Xatırladaq ki, bu gün Şimali Koreya bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bəyan edib. Sınaq prosesində Şimali Koreya lideri Kim Çen İn iştirak edib. K. Ç. İn Şimali Koreya alimlərini uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.

Bundan əvvəl isə şənbə günü Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.(APA)

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar