Bazar ertəsi, 20 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Tramp Pompeo və Boltona qəzəblənib –İrana görə

Bunu “Washington Post” qəzeti yazıb

ABŞ prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun onu İranla müharibəyə çəkmələrindən qəzəblənib.

Qəzetin yazdığına görə, Donald Tramp hesab edir ki, İranla münaqişə onun seçkiqabağı öhdəliklərinin pozulmasıdır. O, problemi diplomatik və İran liderləri ilə birbaşa danışaraq həll etməyə hazır olduğunu bildirib.

ABŞ-ın yüksək vəzifəli məmuru bildirib ki, Donald Tramp Bolton və Pompeonun hərbi kampaniya ilə bağlı fəaliyyətlərindən qəzəblənib. O, hələ bu barədə qərar qəbul etməyərək dövlət katibi və müşavirini bu istiqamətdə fəaliyyət göstərməyini dayandırıb.

Donald Tramp isə administrasiyasında İran məsələsi ilə bağlı fikir ayrılığının olduğu barədə yayılan informasiyaları təkzib edib: “Heç bir münaqişə yoxdur. Müxtəlif qənaətlər bildirilir. Sonda mən qəti qərar qəbul edəcəyəm. Bu, çox sadə prosesdir. İranın danışıqlara tezliklə hazır olacağına əminəm”.(Report.az)

pia.az

 

 


Şərh yazın.

loading...