Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp kimin liderliyi üçün çalışır? - ABŞ-ın, yoxsa İsrailin...

Trampın “Amerikanı yenidən lider et”, şüarının altından “İsraili lider et”, yazısı çıxır...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 iyun 2019-cu il

Bünyamin Netanyahu höküməti qura bilmədiyi üçün Trampın “İsrail-Fələstin sülhü” planı yenə ertələnib. Trampın bu sülh planındakı partnyoru olan Netanyahu əgər sentyabrdakı seçkilərdə qalib gələrsə, ən geci noyabr ayının əvvəlində höküməti qurmaq məcburiyyətində qalacaq.

Xəbər verdiyimiz kimi, planın elan edilməsi ilin sonuna ertələnəcək. Çünki Trampın Orta Şərqdəki xüsusi nümayəndəsi olan Ceyson Qrinblet də planın noyabrda həyata keçiriləcəyini bildirib. Qrinblet Trampın prezident seçkiləri kampaniyası ilə “İsrail-Fələstin planı”nı paralel olaraq həyata keçirəcəyini bildirib. Bu, “İsrail lobbisi”nin dəstəyini almaq üçün əlverişli bir durumdur. Trampın “Amerikanı yenidən lider et” şüarının altından “İsraili lider et” yazısı çıxır. İsrail yenə vergi borcu olan amerikalıların hesabına günahsız fələstinliləri qırmağa davam edəcək.

ABŞ-ın İsrail səfiri Devid Fridman “The New York Times” qəzetinə verdiyi açıqlamada bildirib ki, İsrailin işğal altında olan Qərbi İordaniya ərazisinin bir hissəsini özündə saxlamağa haqqı var. “Jerusalem Post” qəzetinin Nyu-Yorkda keçirdiyi konfransda iştirak edən Qrinblet də eyni fikir olduğunu qeyd edib. Trampın planını həyata keçirən bu şəxslərin gündəliyi Netanyahu ilə eynidir. Heyətin profili də göstərir ki, bu plan fələstinlilər üçün bir sülh müqaviləsinə çevrilməyəcək.

Plan çərçivəsində 25-26 iyun tarixlərində Bəhreyndə “Rifah üçün sülh” başlıqlı iqtisadi seminar keçiriləcək. Seminarı boykot edən fələstinlilər ərəb ölkələrindən də eyni həssaslığı gözləyirlər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və Mərakeşdən başqa seminarda iştirak edəcəyini bildirən bir ərəb dövləti yoxdur. “Beynəlxalq Valyuta Fondu” (BVF) və “Dünya Bankı” kimi qlobal maliyyə quruluşlarının da seminarda iştirak edəcəyi gözlənilir.

Fələstinlilərin boykot çağırışının öndə gedən ərəb ölkələri tərəfindən diqqətə alınmaması isə ciddi bir məyusluq doğurub. Fələstinlilərin fikrincə, bu ölkələr ABŞ-ın təzyiqi ilə seminarda iştirak etməyi qəbul ediblər. Misir və İordaniya hər il ABŞ-dan bir xeyli hərbi yardım alır. Buna görə də, təbii olaraq, ABŞ-la “xüsusi münasibət”də olan bu dövlətlər həmin seminarda iştirak edəcəklər.

Ərəb mediasının verdiyi məlumata görə, seminar Səudiyyə Ərəbistanında keçiriləcək. Fələstinlilər boykot etdiyi üçün seminarı Bəhreyndə keçirməyə qərar verdilər. Fələstinlilər hesab edir ki, ərəb iştirakçılar seminarda simvolik olaraq iştirak edəcəklər. Fələstinlilər özlərinin iştirak etmədiyi “Fələstin seminarı”nın bir ərəb ölkəsində keçirilməsindən narahatdırlar. Fələstinlilər düşünür ki, “təslim etmə planı”nın bir parçası olan bu seminarın heç bir dəyəri olmayacaq.

İsrailin 52 ildir işğal altında olan “Qolan təpələri”ni əlində saxlamasını Tramp rəsmən təsdiqləmişdi. Netanyahu da bu “hədiyyə” qarşılığında Qolanda “Trump Heights” adlı bir mərasim keçirib. Trampın ad günü üçün hazırlanmış mərasimdə ABŞ səfiri Fridman da iştirak edib.

Ortada bu qeyri-qanuni kənd üçün heç bir plan yoxdur. “Tramp yüksəklikləri” Netanyahu üçün beynəlxalq münasibətlər layihəsidir. ABŞ səfiri Fridman isə “Qolanda möhtəşəm bir gün” başlığı ilə “Tvitter”-də paylaşım edərək İsrailin Trumandan bəri ilk dəfə vəzifədə olan bir ABŞ prezidenti üçün kənd saldığını ifadə edib və buna uyğun olaraq “Ad günün mübarək, cənab Prezident”, təbrikini qeyd edib.

Tramp Netanyahuya dəstək vermək üçün hər şeyi edir. Görünür, Tramp və Netanyahunun siyasi taleyi bir-birinə bağlıdır. Yəni Fridman və Qrinbletin açıqlamaları, “Tramp yüksəklikləri” şousu seçkilərə hazırlaşan Netanyahunu dəstəkləmək üçündür.

Fələstinliləri asılı hala salmağı hədəfləyən bir ssenari yavaş-yavaş səhnəyə qoyulur. Bütün dünya da nəticəsi indidən bəlli olan bu tamaşanı maraqla izləyir. Daha pisi isə odur ki, öz taleyini ABŞ-a əmanət edən, inkişaf etmiş ərəb dövlətləri bu teatrda iştirak etməkdən çəkinmirlər.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar