Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp İranı vurmaq əmrini teleaparıcının məsləhəti ilə geri götürüb

Tramp İranı vurmaq əmrini geri götürüb

ABŞ prezidenti Donald Tramp Hörmüz körfəzi üzərində Birləşmiş Ştatların pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq İranın hava hücumundan müdafiə batareyalarına və radarlarına zərbələrin endirilməsi barədə əmrini teleaparıcının məsləhəti ilə geri götürüb.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “The New York Times” dərc edib.

Xəbər verildiyi kimi İran iyunun 18-də Hörmüz körfəzin üzərində ABŞ-ın RQ-9 Global Hawk strateji pilotsuz kəşfiyyat təyyarəsini vurub. İnqilab Keşikçiləri Korpusu təyyarənin İranın hava məkanında vurulduğunu bildirir. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu deyir.

İranın bu addımına cavab olaraq ABŞ hərbi cavab variant hazırlayıb. Pentaqona əmr daxil olub ki, İranın bəzi hava hücumundan müdafiə batareyaları və radarları dəqiq raket zərbələri ilə məhv edilsin. Bu əməliyyatı həyata keçirmək üçün iyunun 20-də gecə ABŞ qırıcıları öz bazalarından havaya qalxıb, regiondakı Amerika gəmiləri döyüş mövqeyi tutub. Lakin Tramp əmri son anda geri götürüb. Və Oman üzərindən İrana ultimatum göndərərək bildirib ki, Tehran danışıqlara başlamasa ABŞ hücum edəcək.

Qəzetin yazdığına görə Donald Tramp İranın hərbi obyektlərinə zərbələrin endirilməsi barədə əmrini müşavirləri ilə məsləhətləşmədən verib. Və məlum olub ki, bu məsələdə Tramp “Fox News” telekanalının aparıcısı Taker Karlsonun məsləhətinə qulaq asıb.

“Fox News” Trampın sevimli kanalıdır və ABŞ prezidenti ancaq bu kanaldan eşitdiyi xəbərlərə inanır. Qalan KİV-ləri isə “feyknyus” və “vətən xainləri” adlandırır.

Qəzet yazır ki, teleaparıcı Trampı onun administrasiyasında İrana zərbələr endirməkdə israrlı olan adamların prezidentin maraqlarına uyğun hərəkət etmədiyinə inandırıb. Ona deyib ki, əgər ABŞ İranla müharibəyə başlasa Tramp ikinci müddətə prezident seçilməyi unutmalıdır.

Bu arada Tramp NBC telekanalına müsahibəsində İrana zərbələrin endirilməsi barədə qərarını son anda niyə dəyişdiyini izah edib. O bildirib ki, İranla müharibənin alovlanmasını istəmir. Lakin münaqişə başlasa dünya “heç vaxt görmədiyi miqyasda dağıntıları” izləyəcək.

Trampın bildirdiyinə görə, İrana zərbələrin endirilməsi əməliyyatının başlamasından əvvəl o, mümkün qurbanların sayı barədə informasiya soruşub. Və cavab alıb-zərbələr nəticəsində 10-yə yaxın iranlı həlak ola bilər. Trampın sözlərinə görə, o pilotsuz təyyarəyə görə bu qədər adamın ölməsini doğru saymayıb, çünki söhbət “müqayisəolunmaz itkidən” gedirdi.

ABŞ prezidenti habelə bildirib ki, hazırda Vaşinqtonla Tehran arasında danışıqlar üçün zəmin yoxdur. Bunun səbəbi İranın nüvə silahı əldə etmək cəhdləridir. Trampın sözlərinə görə, əgər İran bu məsələ ilə bağlı danışıqlara getməsə ABŞ onun iqtisadiyyatını dağıdacaq.

pia.az


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar