Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp impiçmentin qisasın alır: Ağ Evdə ixtisarlar başladı

ABŞ prezidenti Donald Tramp impiçment proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə verən Ağ Evin bir sıra əməkdaşlarını vəzifəsindən kənarlaşdıracaq və ya başqa bir vəzifəyə təyin edəcək...

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Yenidən işdən çıxarılan şəxslər olacaqmı” sualına D. Tramp “Əlbətdə!” - deyə lakonik cavab verib.

O, keçmiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindmanın işindən narazı olduğunu da etiraf edib: “Xatırlayırsınızsa, o səhv məlumatlar verdi. Onu tamamilə fərqli bir yerə göndərdik və indi hərbiçilər istədikləri kimi onunla rəftar edə bilərlər. Artıq general Marka (ABŞ-ın Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri) tabedir və general Milli təbrik edirəm”.

Ağ Evin yaydığı məlumata əsasən isə ABŞ Milli Təhlükəsizlik Şurasının yenidən qurulması və ştatların ixtisarı başa çatıb. Nəticədə Ağ Evin işçilərinin sayı 115-120 nəfər olacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp impiçmenti proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə vermiş Birləşmiş Ştatların Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondladı, Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindmanı və onun əkiz qardaşı, şurada hüquqşünas işləyən Yegveni Vindmanı vəzifəsindən kənarlaşdırıb. (Tramp)

pia.az


Etiket: Donald Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar