Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp faşizmi dəstəkləyir: Yenidən seçilsə, nələr olacaq?..

Tramp ikinci dəfə prezident seçilmək üçün ölkədə Yeni Faşizmi dəstəkləyir, dünyada isə Çinlə qarşıdurmaya girmək riskini gözə alır...

Ergin Yıldızoğlu

“Cumhuriyet” qəzeti, Türkiyə

Tramp ikinci dəfə prezident seçilmək üçün heç tərəddüd etmədən özünü riskə atır. Buşun 11 sentyabrdan sonra mətn yazıçısı olan Devid Fram onun bu mövqeyini “çarəsizlikdən başqalarını qurban verərək seçkilərdə qalib gəlmək cəhdi” olaraq xarakterizə edib.

Trampı qorxudan şey ictimai rəy sorğularındır. Məsələn, Nebri Olsenin “Washington Post”a verdiyi açıqlamaya görə, bütün rəy sorğularının nəticələri eyni istiqamətdə birləşməyə başlayıb, həmçinin Tramp (Baydenin sözlərinə görə) geridə qalıb və ona olan dəstək də azalıb.

Mühafizəkarlar Partiyasının Senat seçkilərində iştirak edəcək namizədlər üçün hazırladığı 57 səhifəlik hesabatda qeyd edilən, “Trampı müdafiə etməyin, Çinə hücum edin”, tövsiyəsi də bu məlumatların yaratdığı narahatlıqlardan xəbər verir.

Trampın qorxusunun iki səbəbi var: ABŞ-da iqtisadi böhran dərinləşir və Trampın koronavirus pandemiyasına qarşı apardığı siyasət səriştəsizlik və hətta məsuliyyətsizlik nümayiş etdirir. İlk səbəbə qarşı Tramp təcili olaraq sosial məsafə və evdə qalmaqla bağlı qadağaları aradan qaldıraraq insanların həyatı bahasına iqtisadiyyatı canlandırmaq istəyir. İkinci səbəbə görə isə Çini sərt bir tonda ittiham edərək məsuliyyətdən yaxa qurtarmaq istəyir.

Dərin böhran, rekord səviyyəyə çatan ölümlər

ABŞ-da fond bazarlarında daha əvvəl görünməmiş bir dalğalanma baş verərkən I Üç Aylıq Dönəmdə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 60 milyona, işsizlik nisbəti isə 12,4%-ə çatıb. Ağ Evin İqtisadi Məsləhətçisi Kevin Hasestin sözlərinə görə, II rübdə işsizliyin 20%-ə çatacağı gözlənilir. Bunların arxasında böyük bir iqtisadi daralma var. ABŞ iqtisadiyyatı I rübdə 4,8% nisbətində azalıb. Konqres Büdcə Ofisi bu nisbətin II rübdə 40%-ə çatacağını gözləyir.

Trampın Covid-19 pandemiyasına qarşı apardığı mübarizənin hesabatı maddi və mənəvi cəhətdən acınacaqlı vəziyyətdədir. Keçən həftə Nyu-Yorkda bir yük maşınında tapılmış və çürüməyə başlamış 60 cəsədlə yanaşı, həm də Trampın apardığı siyasətin nəticələrinə iki şəkildə yanaşa bilərik. Birincisi, əvvəlcə “yalan xəbər” deyə başlayan, “1-2 aydan sonra yox olub gedər”, “bədənimizə Lizol (dezinfeksiyaedici maye) yeridək” kimi cəfəng fikirlər səsləndirməsi, həmçinin hər dediyi şeyi sonradan inkar etməsi, jurnalistləri təhqir etməsi və heç bir məsuliyyəti öz üzərinə götürməməsi olduqca təəccüblüdür. Çünki ABŞ Covid-19 yoluxmalarına görə dünyada 1-ci yerdədir. 1,3 milyard əhalisi olan Çində 2 maydan etibarən Covid-19-a yoluxanların ümumi sayı 84.373, ölənlərin sayı 4643-dir. Halbuki 330 milyon əhalisi olan ABŞ-da bu rəqəmlər müvafiq olaraq 1,1 milyon və 64460-a çatıb. Yoluxma sayının ikiqat artmaq müddəti və 2 maydan etibarən yeni ölümlərin müvafiq olaraq Çində 71 gün və 0 yoluxma, ABŞ-da isə 16 gün və 2062 yoluxma olduğu göstərilir.

İki taktika

Birincisi, Tramp “mənim iqtidarım mütləqdir, itaət etməlisiniz”, deyərək ştatları sosial məsafəni və evdə qalmaq tədbirlərini ən qısa müddət ərzində ləğv etməyə məcbur edib. Bu totalitar refleks, hətta mühafizəkarları da dəhşətə gətirdiyi üçün “o zaman məsuliyyət yerli hökumətlədərdir”, deyərək geri addım atıb. Ancaq bu geri addımdan dərhal sonra ölkədə müxtəlif ölçülərdə başlayan nümayişlər (demək olar ki, hamısında silahlı mülki milislər iştirak edib) Trampın seçki təşviqat qrupunun boş dayanmadığını göstərir. Cümə günü olan bir nümayişdə məşhur bir nasist ifadəsi ola “işləmək azad edir” (Auschwitz) şüarı, “yəhudilər Çində virus istehsal edən laboratoriyaya nəzarət edirlər” şayiəsi bu etirazların Yeni Faşizm üçün təsirli bir platforma təqdim etdiyini göstərir. Tramp da bu silahlı şəxsləri “yaxşı insanlar” olaraq xarakterizə edib.

İkincisi, Tramp getdikcə Covid-19 böhranının məsuliyyətindən yayınmaq üçün Çini get-gedə daha çox günahlandırır. Çinin virusu yaratdığını, dünyaya yaydığını və ikinci dəfə seçilməsinin qarşısını almağı hədəflədiyini iddia edir və Çindən təzminat istəyəcəyini deyir. Ağ Evin dəlil tapmaq üçün xüsusi xidmət orqanlarına təzyiq göstərdiyi bildirilir. Çin də buna cavab olaraq Çin dənizindəki ABŞ hərbi gəmilərinə qarşı daha sərt reaksiya verir.

Tramp ikinci dəfə seçilmək üçün ölkədə Yeni Faşizmi dəstəkləyir, dünyada Çinlə qarşıdurmaya girmək riskini gözə alır. Yəni özünü rəsmən təhlükəyə atır. Yenidən prezident seçilsə, görəsən, nələr ola bilər?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar