Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ərdoğanı terrorçu liderlə bir tutur? - Türkiyə ilə ABŞ arasına girən S-400...

Türkiyə üçün bir silah olacağı deyilən S-400-lər, indi Türkiyənin xarici siyasətində ən böyük maneəyə çevrilib...

Cahit Armağan Dilek

“Yeniçağ” qəzeti, Türkiyə, 15 noyabr 2019-cu il

Bildiyiniz kimi, Trampla Ərdoğan arasında keçirilən zirvə görüşü olduqca kritik həddə idi. Çünki Tramp-Ərdoğan görüşü başlayarkən Ağ Evin internet saytında da “Prezident Tramp Türkiyə ilə birbaşa təmas və diplomatiyaya bağlıdır” başlığı ilə Trampın Türkiyə siyasətinin prinsiplərini izah edən bir məlumat qeydi paylaşılıb.

Trampın açıqlamalarına da baxdıqda görünür ki, mətbuat konfransında bu məlumat qeydi barədə danışıb. Türkiyəni tərifləyən standart sözlər deyilib. Bu qeydin ən önəmli hissəsi də budur: “Digər məsələlərdə irəliləyiş əldə etmək üçün Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması ilə bağlı problemlərin həll edilməsi həyati önəm daşıyır”.

Zirvə görüşündən heç bir konkret nəticə əldə olunmamasının səbəbi, görünür, ABŞ-ın bu məsələdəki mövqeyində az da olsa geri addım atmaması ilə bağlıdır. Tramp mətbuat konfransında da bildirib ki, S-400-lərin alınması ABŞ-Türkiyə münasibətlərini çətinləşdirir.

Ərdoğan ABŞ-a getməzdən əvvəl demişdi ki, Tramp bu görüşə çox yaxşı hazırlaşdıqlarını bildirib. Həqiqətən də elə oldu. Tramp mətbuat qarşısında uğurlu bir performans göstərib.

Tramp Fəratın şərqindəki Türkiyə-Suriya sərhədini nəzərdə tutaraq qeyd edib ki, sərhəddə işlər yaxşıdır, atəşkəs tətbiq olunur və kürdlər də durumdan məmnun olduqlarını bildirirlər. Tramp yenə SDG/YPG-ni kürdlər kimi təsvir edib. Yəni Türkiyənin terrorla mübarizəsini türklərlə kürdlər arasında əsrlərdir davam edən bir toqquşma kimi qələmə verib. Halbuki Ərdoğan səfərdən əvvəl: “YPG geri çəkilməyib, hücumlara davam edirlər. ABŞRusiya da razılaşmaya əmək etmir”, demişdi. Trampın bu çıxışına dərhal cavab vermədiyi üçün də hər kəsin beynində onun sözləri qaldı. 

Tramp təzyiqləri üstünə çəkdiyini bilsə də, yenə Suriyanın şərqindəki nefti qoruduğunu və əsgərlərin təkcə neft üçün orda olduğunu bildirib. Əslində, ABŞ-ın ordan çıxan neftə ehtiyacı yoxdur. Nefti əsas gətirərək əsgərləri orda saxlanmasının səbəbi İranın oradakı təsirini zəiflədib İran-İraq-Suriya-Liv­an xətti üzərində İranın quru ilə əlaqəsini kəsməkdir. Bu işi görərkən də nefti əldə edib SDG/YPG üçün qaynaq yaratmağa çalışırlar. Yəni Tramp bu məsələdə neft bəhanə edərək İranın hədəfə qoyulmasının üstünü örtür.

Mətbuat konfransında hər iki lider öz bildiyini elədi. Ərdoğan Tramp üçün “dostum” deyib, Tramp da süni formada Ərdoğanı tərifləyib.

Razılaşma əldə etdikləri bir şey yoxdur. Əslində terrorla mübarizə məsələsində ortaqlıq razılaşması var, amma əsas məsələ kimin terrorçu, nəyin terror təşkilatı olmasındadır.

Türkiyə 40 ildir mübarizə apardığı PKK və onun davamçılarının terror təşkilatı olduğunu qarşı tərəfə sübut etməyə çalışır. Lakin heç bir irəliləyiş yoxdur.

Trampın, sanki, xəbəri yox imiş kimi, Abdi Şahinin terror aktlarından bəhs edən və onun terrorçu olduğunu qeyd edən MKİ sənədi Trampa təqdim edilib. Tramp mətbuat konfransında bunları dinləyərkən ürəyində hamısını məsxərəyə qoyurdu.

Üstəlik, türk heyətindən bir jurnalistin “SDG rəhbərini dəvət edəcəksinizmi?”, sualına, Trampın: “Bir müddət əvvəl onunla görüşdüm və bu görüş çox yaxşı baş tutdu. Yaxın şəkildə ortaqlıq edirik”, deyib. Ardınca da “Prezident Ərdoğanla yaxından işləyirik”, deyə əlavə edib. Tramp belə danışaraq o terror rəhbəri ilə Ərdoğanı eyni yerə qoymayıbmı? Tam o anda toplantını bitirmək lazım deyildimi? “Trampın o şəxslə görüşüb, danışması bizi çox məyus edib”, demək kifayət edirmi?

Ərdoğan SDG rəhbərinin məktubunu təqdim etdiyini deyib, amma Trampın o məktubu alması ilə bağlı heç bir dəlil yoxdur.

Görüşdə öz əksini tapmayan bir məsələ daha var: Suriya. Halbuki o görüşün əsas mövzusu Suriya olacaqdı. FETO və 100 milyard dollarlıq ticarət təkcə türk heyəti tərəfindən çox səthi şəkildə müzakirə edilib.

Bütün bunların əsas səbəbi S-400-lərdir. Türkiyə S-400-ü əldən buraxmadığı müddətcə ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açmaq mümkün görünmür. ABŞ-ın bu mövqeyi göstərməsindəki əsas silahı isə türk iqtisadiyyatının hazırkı vəziyyətidir.

Tramp bu işi Konqresin üstünə atmaq üçün senatlarla Ərdoğanı görüşdürüb. Böyük ehtimalla, S-400 məsələsinin əldən çıxarılmasının necə təşkil olunacağı müzakirə edilib və qərar alınıb. Yəqin ki, bir ortaq komissiya aktivləşdirmə işindən imtina edildiyini bildirəcək. Amma bunun üçün bir az vaxt lazım olacaq.

Bunun qarşılığında da Senatda qondarma erməni soyqırımı layihəsinin müzakirəsi edilməsi “hələlik” bloklanıb. Yəni 20 ildir bütün ABŞ liderlərinin etdiyi kimi oldu. 

Türkiyə üçün bir silah olacağı deyilən S-400-lər, indi Türkiyənin xarici siyasətində ən böyük maneəyə çevrilib. Ərdoğan konkret bir nəticə əldə etmədən geri qayıdır. ABŞ olmadığına görə, məcburən Rusiya ilə münasibətlərə qayıtması mümkün görünür. Putinlə də telefonda deyil, üz-üzə görüşməsi ehtimal edilir.

S-400-lər əldən çıxarılsa, ABŞ-la olan münasibətlər inkişaf etdirilə bilər, lakin bu dəfə də Türkiyə-Rusiya münasibətləri soyuyacaq. Türkiyə əsl xarici siyasət girdabına düşüb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar