Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Dünya Ticarət Təşkilatını iflic etdi - “Güclülər”in qarşısında “gücsüz”lərin vəziyyəti necə olacaq?

Hazırda pik səviyyəyə çatan ticarət müharibələri fonunda "kim güclüdür" sistemi bərqərar olarsa, bu dünya iqtisadiyyatında hansı prosseslərə təkan verə bilər?..

İqtisadçı-alim: “ABŞ Dünya Ticarət Təşkilatının Apellyasiya orqanının dayandırılması üçün yeni üzvlərinin təyin edilməsini baykot edəcəksə, təbii ki, bu dünyada ticarət müharibəsinin yeni mərhələsinin başlanmasına gətirib çıxaracaq” .

“İndiki halda regionçuluq amilinin genişlənməsi, yəni son illər regional ticarət təşkilatının rolunun artması, region əsaslı qərarların çoxalması, ayrıca olaraq da ABŞ-da Tramp adminstrasiyasının Çinə, Avropaya, Kanadaya və başqa Dünya Ticarət Təşkilatına üzv olan ölkələrər qarşı apardığı siyasət həm dünya ticarətində qarşılıqlı olaraq mübahisələrin yaranmasına gətirib çıxarır, həm də son nəticədə baş verənlərdən istehlakçılar uduzurlar”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Dünya Ticarət Təşkilatının Apellyasiya orqanının məcburən öz fəaliyyətini dayandırmasının mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu həftənin çərşənbə günü Dünya Ticarət Təşkilatının Apellyasiya orqanı məcburən öz fəaliyyətini dayandıracaq. Bu ABŞ-ın quruma yeni üzvlər təyin edilməsini boykot etməsinə görə baş verəcək. Almaniyanın "Der Spiegel" jurnalının yazdığına görə bu səbədən Dünya Ticarət Təşkilatının bütün sistemi və dünya ticarətində qaydalar darmadağın olacaq və "kim güclüdür" sistemi dünya ticarətinə hakim olacaq.

Alman nəşrinin yazdığına dünya ticarət sisteminin gözlənilən süqutu ABŞ prezidenti Donald Trapmın yürütdüyü siyasətin nəticəsidir. Ötən iki il müddətində ABŞ Dünya Ticarət Təşkilatının Apellyasiya orqanına yeni üzvlər seçilməsi prossesini bloklayır.

Qeyd edək ki, Dünya Ticarət Təşkilatının Apellyasiya orqanının 7 üzvü olmalıdır bə hazırda cəmi 3 üzv fəaliyyət göstərir. Digər dörd üzvün səlahiyyət müddəti iki ildir ki, bitib. Bu gün isə digər iki üzvün səlahiyyət müddəti bitəcək. Bununla da Dünya Ticarət Təşkilatının Apellyasiya orqanı faktiki olaraq öz fəaliyyətini dayandıracaq.

Hazırda pik səviyyəyə çatan ticarət müharibələri fonunda "kim güclüdür" sistemi bərqərar olarsa, bu dünya iqtisadiyyatında hansı prosseslərə təkan verə bilər? Bu prossesdən dünya iqtisadiyyatında yeni və daha qlobal böhran yarana bilərmi və "güclülər" qarşısında "gücsüzlərin" vəziyyəti necə olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğluna müraciət edib.

Qubad İbadoğlu: “Dünya Ticarət Təşkilatının Apellyasiya orqanına müraciət ediblər. Əslində bu orqanın qəbul etdiyi qərarlar üzv ölkələr üçün məcburi xarakter daşıyır”.

Əgər bu baş verəcəksə dünyada ticarət müharibələrinin daha da şiddətlənəcəyini proqnoz edən iqtisadçı-alım PİA.az-a açıqlamasında bildirib ki, dünya ticarət sistemi kontekstində güclər əhəmiyyətli rol oynayacaq və istisna deyil ki, Çin, Hindistan kimi son illər daha surətlə inkişaf edən ölkələr bu mübarizədə zəifləyəcəklər:

“Təbii ki, bu arzuolunmaz bir haldır. Bildiyimiz kimi bir neçə ölkə ABŞ-ın protestanist mövqeyi ilə bağlı Dünya Ticarət Təşkilatının Apellyasiya orqanına müraciət ediblər. Əslində bu orqanın qəbul etdiyi qərarlar üzv ölkələr üçün məcburi xarakter daşıyır.

ABŞ həmişə çalışır ki, prosesi əngəlləmək üçün öz imkanlarından istifadə etsin. Əgər bu baş verəcəksə və ABŞ Apellyasiya orqanının fəaliyyətinin dayandırılması üçün yeni üzvlərinin təyin edilməsini baykot edəcəksə, təbii ki, bu dünyada ticarət müharibəsinin yeni mərhələsinin başlanmasına gətirib çıxaracaq.

Ümumiyyətlə Dünya Ticarət Təşkilatı beynəlxalq standartlar, oyun qaydalarını müəyyənləşdirib və həmçinin də təşkilat çalışır ki, ayrı-ayrı üzv ölkələr arasında ticarət müharibələri, mübahisələri baş verməsin. İndiki halda regionçuluq amilinin genişlənməsi, yəni son illər regional ticarət təşkilatının rolunun artması, region əsaslı qərarların çoxalması, ayrıca olaraq da ABŞ-da Tramp adminstrasiyasının Çinə, Avropaya, Kanadaya və başqa Dünya Ticarət Təşkilatına üzv olan ölkələrər qarşı apardığı siyasət, həm dünya ticarətində qarşılıqlı olaraq mübahisələrin yaranmasına gətirib çıxarır, bu da son nəticədə gömrük rüsumlarının artması səbəbi ilə istehlakçılar uduzmasına gətirib çıxarır. Çünki bu qiymət bahalaşmasını şərtləndirir və istehlakçılar tariflərin yarandığı əlavə xərcləri ödəmək məcburiyyətində qalırlar.

Qubad İbadoğlu: “Bu güc nümayişi də dünya ticarət qaydalarının pozulmasına, Dünya Ticarət Təşkilatının pis vəziyyətə salınmasına, bütövlükdə dünya iqtisadiyyatında yeni bir eranın yaranmasına gətirib çıxara bilər”.

Əgər bu baş verəcəksə, təbii ki, dünyada ticarət müharibələri daha da şiddətlənəcək. Dünya ticarət kontekstində güclər əhəmiyyətli rol oynayacaq və istisna deyil ki, Çin, Hindistan kimi son illər daha surətlə inkişaf edən ölkələr bu mübarizədə zəifləyəcəklər. Hesab edirəm ki , əsas müharibə də ABŞ-Çin və yaxud Qərblə-Şərq arasında davam edəcək. Bu güc nümayişi də dünya ticarət qaydalarının pozulmasına, Dünya Ticarət Təşkilatının pis vəziyyətə salınmasına, bütövlükdə dünya iqtisadiyyatında yeni bir eranın yaranmasına gətirib çıxara bilər.

Həmçinin bu güc nümayişinin dünyadakı qlobal böhranların ayrı-ayrı ölkələrinə, xüsusilə də inkişaf etmiş ABŞ-a da təsirləri istisna olunmur. Güc nümayişi qlobal böhranın yaranması üçün yeni zəmin yarada bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar