Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

Tramp həmişə federal əyalətdə, xüsusən Ədliyyə Nazirliyi və “Kəşfiyyat Birliyi” daxilində ona qarşı işləyən bir Dərin dövlətin olduğunu deyirdi...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 fevral 2020-ci il

Trampın ABŞ-ın Almaniyadakı səfiri Riçard Qreneli 17 kəşfiyyat orqanını koordinasiya edən “Milli Kəşfiyyat İdarəsi”nin direktor müavini təyin etməsi Dərin dövlətlə bağlı müzakirələri daha da canlandırıb. Müzakirələr 2019-cu ilin sonlarında, Trampın Con Makentini “Prezident Aparatı Ofisi”nin rəhbəri təyin edəcəyi ilə bağlı xəbərlərdən sonra başlayıb. Bu məlumatlara görə, Tramp Makentiyə bürokratiyanı Dərin dövlətin adamlarından təmizləməyi tapşırıb.

Makenti 2016-cı il seçkilərində Trampın təşviqat kampaniyasında məsləhətçi olaraq çalışıb. Tramp prezident seçildikdən sonra Makentini Ağ Evdəki şəxsi məsləhətçisi təyin edib. Ancaq Makenti “təhlükəsizlik riskləri”nə görə 2018-ci ildə Ağ Evin baş katibi Con Kelli tərəfindən tez-bazar işdən qovulub. Tramp isə ona həmişə sadiq qalan Makentidən imtina etməyib və onu 2020 kampaniyası üçün işə götürüb.

Tramp həmişə federal əyalətdə, xüsusən Ədliyyə Nazirliyi və “Kəşfiyyat Birliyi” daxilində ona qarşı işləyən bir Dərin dövlətin olduğunu deyirdi. Trampın dəstəkçilərinin dediyinə görə, Dərin dövlət Trampı vəzifədən kənarlaşdırmaq üçün müxtəlif intriqalar yaradırdılar. Xüsusi Səlahiyyətli Prokuror Robert Müller tərəfindən həyata keçirilən “Rus istintaqı” da Dərin dövlətin işi idi. Trampın əvvəlcə FTB prezidenti Ceyms Komey və daha sonra FTB vitse-prezidenti Andrev Makkabeni vəzifəsindən azad etməsi də onun Dərin dövlətə qarşı apardığı müharibənin bir hissəsi idi.

“İmpiçment araşdırması”nın Senatda uğursuz olmasından sonra Trampın Milli Təhlükəsizlik Şurasından olan bəzi şəxsləri qovması da müharibənin davam etdiyini göstərir. Trampın Almaniya səfiri Qreneli Milli Kəşfiyyat Direktorunun vəkili təyin etməsi də bu proseslə əlaqədardır. Lakin Qrenellin martın ortalarına qədər bu vəzifədə qalacağı bildirilir.

Milli Kəşfiyyat Direktorunun müavini Cozef Maquayrın işdən çıxarılması və yerinə Qrenelin gətirilməsi Dərin dövlətlə bağlı müzakirələri daha da alovlandırıb. 2019-cu ilin iyulunda Milli Kəşfiyyat Direktoru Den Koats vəzifəsindən azad edildikdən sonra keçmiş admiral Maquayr bu vəzifəyə təyin edilmişdi. Maquayr bu vəzifədən əvvəl “Milli Kəşfiyyat İdarəsi Terrorla Mübarizə Mərkəzi”nin rəhbəri olub.

Den Koats və “ABŞ Kəşfiyyat Birliyi” Rusiyanın 2016-cı il prezident seçkilərinə Trampın lehinə müdaxilə etdiyini iddia edirdi. Tramp isə bu iddianı “Dərin dövlətin sui-qəsdi” adlandırırdı. Koatsın fikrincə, Rusiya 2020-ci ildə keçiriləcək prezident seçkilərinə də müdaxilə etməyə hazırlaşır. Buna görə, ABŞ mediasındakı şərhlərə görə, Trampın Koatsı işdən azad etməsinin səbəbi bu idi.

Ancaq direktor müavini vəzifəsinə təyin olunan admiral Maquayr da Trampı qane etməyib. Nümayəndələr Palatasında Milli Kəşfiyyat İdarəsinin keçirdiyi bir brifinqdə Maquayrın rusların 2020-ci il seçkilərinə müdaxilə etməyə hazırlaşdıqlarını deməsi Trampı çox qəzəbləndirib. Brifinqlə bağlı mediaya sızan məlumata görə, ruslar müdaxilə vasitələrini daha da şaxələndiriblər.

Trampın Milli Təhlükəsizlik Müşaviri Robert Obrayn rusların Trampın lehinə müdaxilə edəcəyi barədə gizli bir kəşfiyyat hesabatı görmədiyini bildirib. Obraynın sözlərinə görə, “Kəşfiyyat Birliyi” daxilində ziddiyyətli fikirlər vardı. Digər tərəfdən, ruslar əksinə, Trampın deyil, Demokrat namizəd və senator Berni Sendersin qalib gəlməsini istəyirlər. Obrayn bu iddianı FTB-dən eşitdiyini qeyd edib.

Trampın fikrincə, Demokratlar bu iddiaları seçki materialı kimi şidirdirlər. Tramp Las-Veqasdakı mitinqdə Demokratları günahlandıraraq: “Bu, dezinformasiyadır. Yaxşı bacardıqları yeganə şey budur, başqa heç nəyi bu qədər yaxşı bacarmırlar”, deyib.

Respublikaçılar və Demokratlar “rusların müdaxiləsi” məsələsində müxtəlif fikirlər irəli sürürlər. Trampla “Kəşfiyyat Birliyi” arasında ciddi bir qarşıdurmanın olduğu hər kəsə məlumdur. Mediada əks olunan xəbərlərə baxsaq görərik ki, Con Makenti əsl ovçu kimi çalışaraq federal bürokratiya daxilində Trampın əleyhinə olan hər kəsi təsbit edəcək. Verilən şərhlərə görə, ən böyük ləğvetmə prosesi isə Tramp 2020-ci ilin noyabr ayında ikinci dəfə prezident seçildiyi zaman baş tutacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar