Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Danimarkaya səfərini təxirə salır 

ABŞ Prezidenti Donald Tramp Danimarkaya gələn aya planlaşdırılan səfərini təxirə salıb

Bu haqda prezident avqustun 20-də tvitində yazıb. Bundan öncə isə Danimarkanın baş naziri “Qrenlandiyanın alınmasının müzakirəsində maraqlı olmadığını” bildirib.

Tramp iki gün öncə deyib ki, adanın alınması prioritet deyil. Ancaq o, avqustun 20-də bildirib: “Danimarka xüsusi bir ölkədir, adamları təkrarsızdır. Amma Baş nazir Mette Frederiksen Qrenlandiyanın alınmasını müzakirə etməkdə maraqlı olmadığını dediyindən görüşümüzü başqa vaxta keçirirəm”.

Bundan öncə Tramp Qrenlandiya kimi təsvir etdiyi bir kəndin fonunda üstündə öz adı olan otel şəkli paylaşmışdı.

56 min nəfər əhalisi olan Qrenlandiya Danimarkanın özünü idarə edən ərazisidir. Yerli hökumət daxili məsələləri idarə edir, xarici və təhlükəsizlik siyasətinə Kopenhagen baxır.

Birləşmiş Ştatların Qrenlandiyada böyük hərbi bazası yerləşir.

ABŞ 1946-cı ildə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara almağı təklif etsə də, sövdələşmə rədd olunub. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar