Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp da özünə siyasi varis hazırlayır

"Əgər İvanka prezident olmaq istəsəydi..."

“Atlantic”, 12.04.2019 (ixtisarla)

Onun gözlərinin necə parladığını, arxamda duran adama necə baxdığını asanlıqla sezmək mümkün idi. Donald Trampdan yalnız bir nəfər bu cür baxışlara layiq olur. “Ah! İvanka!” – prezident dilləndi.

İvanka Tramp əllərini təəccüblə irəli uzatdı. “Görüşəcəyinizi unutmuşdum, bir dəqiqəlik gəlmişəm!”

Qara kostyumlu və qızıl saçları arxadan azca buruq Birinci (amma yeganə deyil) prezident qızı sivişib Oval Ofisdən keçdi.

Çərşənbə axşamı günortadan sonrakı vaxt idi və o anda Trampa bu məlumatı çatdırmaq çox vacib idi: “Siemens”, İvankanın işçi qüvvəsinin inkişaf etdirmə təşəbbüsünün bir hissəsi kimi təhsil-təlim imkanlarını daha çox genişləndirməyi vəd edib. O, həmçinin, prezidentə sabah proqramın məsləhət şurasının ilk sessiyasının keçiriləcəyini və Tim Kukun yığıncaqda iştirak edəcəyini xatırlatmaq istəyirdi.

“O bu işlə məşğul olmağı sevir, – Tramp mənə dedi, həm də İvankaya baxmadan. – Heç kredit də istəmir. Lap mənim kimidir”.

Hər ikisi gülüşməyə başladı.

Bir neçə ay boyu Ağ Evdəki rolu və Vaşinqtondakı həyat ilə bağlı İvankdan müsahibə almağa çalışdım, ancaq o, dönə-dönə imtina etdi. Buna görə də, bir gün səhər Ağ Evin mətbuat katibi Sara Sanders mənə zəng edəndə, təəccübləndim. Mənə dedi ki, prezidentin özü qızı haqqında danışmaq istəyir.

İvanka kabinetə daxil olanadək Trampla 20 dəqiqə söhbət etdik.

Söhbətimizdə prezident aydın şəkildə bildirdi ki, bütün uşaqları ilə çox qürur duyur. “Berron hələ gəncdir, amma gözəl potensial var. Tiffani çox yaxşı işləyir. Don, ah, o, siyasətdən zövq alır. Əslində, bu, çox yaxşıdır. Erik də Don ilə birlikdə işləyir, həmçinin siyasətə maraq göstərir. Yəni uşaqlar, uşaqlar çox, çox yaxşıdırlar”.

Amma rəsmi görüşlərdə bəzən o, İvankaya “quzum” deyə müraciət edir.

Əgər Tramp övladlarından hər hansı birinin varisi sayırsa, bu məhz İvankadır. “Əgər o prezident olmaq istəsəydi, məncə, onu məğlub etmək çox çətin olardı”.

37 yaşında o, yetərincə yetkindir. Amma İvanka heç vaxt dostlarına bu istəyini bildirməyib və prezident onun heç vaxt buna maraq göstərmədiyini söylədi. Gənc Don siyasi mitinqlərdə gözə dəyir, amma İvankanı prezident əvvəldən inzibatçı kimi görüb. “O, bütün köməkçilərlə işləyib və onun yaxşı inzibatçı olacağına əmin deyildim, amma bu qədər uğurlu olacağını bilmirdim. O, milyonlarla iş yeri yaradıb”.

“Milyonlarla iş” iddiası doğru deyil (Prezidentə məsləhətçi olaraq İvankanın işi sayəsində “Walmart” və “IBM” kimi şirkətlər növbəti beş il ərzində, əsasən artıq işi olan insanlar üçün yenidən ixtisaslaşma imkanı yaramağı vəd ediblər). Ancaq doğrudur ki, bu, tez-tez baş verdikdə, Tramp administrasiyasında ilk ağla gələn İvanka olur – atasının gül balası. “O, təbiətən diplomatdır, – Tramp deyir. – Məsələn, Birləşmiş Millətlər Təşkilatında böyük təəssürat yaratdı”.

Soruşdum ki, niyə İvankanı BMT-yə daimi nümayəndə təyin etməyib. “Əgər etsəm, nepotizmlə heç bir əlaqəsi olmadığı halda, məni qohumbazlıda ittiham edərlər. Ancaq inanılmaz dərəcədə yaxşı olardı. Hətta Dünya Bankı üçün də İvankanı düşünmüşdüm… Bu iş onluqdur, rəqəmlərdən çox yaxşı baş çıxarır”.

Prezident davam etdi: “Onun heyrətamiz sakitliyi var… Onu böyük stress və təzyiq altında gördüm. Çox becid təpki verir. Bu, əslinə, genetik bir şeydir, amma bu, müsbət səciyyələrdən biridir”.

Prezident əlavə etdi: “O, otağa girdiyi zaman varlığı dərhal duyulur”.

Ağ Evdə İvanka kosmopolit sülhməramlı kimidir, səylərini qadınların iqtisadi haqlarının gücləndirilməsi, işçi qüvvəsinin inkişafı və insan alveri ilə mübarizə kimi məsələlərə cəmləşdirib. Mühafizəkar deyil, insanlarla ünsiyyəti xoşlayır. O praqmatikdir…(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Tramp İvanka

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar