Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp CNN-ni məhkəmə ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp onun fəaliyyətini işıqlandırarkən yol verilən "ədalətsizliyə, etikasızlığa və qanunsuzluğa" görə CNN telekanalını məhkəmə ilə hədələyib...

PİA.az virtualaz.org-a istinadən bildirir ki, Fox News telekanalı xəbər verir ki, Trampın vəkillərindən biri Çarlz Harder bu barədə müvafiq məktubu telekompaniyanın prezidenti Ceffri Sukerə göndərib. "Ölkə tarixində indiyə qədər Prezident bu dərəcədə ədalətsiz, əsassız, etikasız və qanunsuz hücum dalğasına məruz qalmayıb", - deyə ABŞ liderinin vəkili bildirib.

Vəkilin sözlərinə görə, Donald Tramp qanun çərçivəsində mümkün olan ən yüksək təzminatın ödənilməsi məqsədi ilə məhkəmə iddiası qaldırmaq fikrindədir.

CNN telekompaniyası isə, öz növbəsində, bildirib ki, məktub cavab verilməyə layiq olmayan çarəsiz reklam cəhdindən başqa bir şey deyil.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: TRamp CNN

loading...

Ən çox oxunanalar