Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp Boltonu işdən qova bilər” 

Kurt Mils

“National İnterest”, 14.05.2019

Bu, ən yaxşısı və ən pis zamandır. Milli təhlükəsizlik müşaviri Con Boltonun son zəfəri və ya milli təhlükəsizlik məsləhətçinin iflası anı.

Məsələ ilə yaxından tanış olan iki mənbənin fikrincə, prezident Donald Trampın dəhşət saçan Milli Təhlükəsizlik Şurasının sədri İran, Venesuela və Şimali Koreyaya istiqamətli rejim dəyişikliyi səyləri ilə Günəşə çox yaxınlaşıb və özünü yandırıb-yaxa bilər. Administrasiyanın sabiq bir rəsmisi: “Deyilənə görə, Tramp onu işdən çıxarmaq istəyir”, – söyləyib.

Doğrudanmı bu olacaq?

Bolton üçün hər şey irəlidə idi: İranın mümkün hücumlarına görə bölgəyə böyük hərbi güc yerləşdirmə üçün yaxın gələcəkdə Pentaqonun planı işə düşəcəkdi. Lakin Prezident Boltonun isti tavasına soyuq su töküb.

“O, hər şeyə güc mövqeyindən baxır, amma bu yaxşı əlamətdir. Mən, həqiqətdə Cona tez-tez təskinlik verirəm, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib. – Mən onu sakitləşdirirəm. B normaldır. Fərqli cəhətlərimiz var. Mənim Con Bolton və onunla müqayisədə göyərçin kimi həlim adamlarım var”.

“Mən Conu sevirəm”, – deyə Tramp əlavə edib.

Prezidentin əminlikləri ölkənin paytaxtında və digər paytaxtlarda geniş yayılmış fərziyyələri alt-üst etməyib. İndi Tramp və Boltonun arasından su keçmir və məhz administrasiyanın milli təhlükəsizlik məsləhətçisi qlobal qarşıdurmaları, xüsusilə İranla bağlı gərginliyi idarə edir.

Administrasiyadakı qovğa isə hər şeyi cənginə alır: Dövlət Departamentinin keçmiş məmuru və administrasiyanın bir sabiq rəsmisi deyir ki, həm Bolton, həm də dövlət katibi Mayk Pompeo “daim didişirlər”.

Dövlət Departamentinin həmin sabiq rəsmisi və Foqqi Bottomla hələ də yaxın münasibətlərdə olan şəxs bildirib ki, Pompeo Tehran rejimini təcrid etməyə həvəsli vəziyyətdədir, lakin Yaxın Şərqin çox hissəsini əhatə edə biləcək faktiki müharibədən qorxur.

Vəziyyət gün keçdikcə daha da gərginləşir. ABŞ son günlərdə Fars körfəzinə yeni hərbi gəmilər göndərib və İran dəstəkli husi üsyançıları Səudiyyənin neft tankerlərinə hücumda ittiham olunub. Dövlət Departamentinin bir rəsmisi mənə deyib ki, Pompeo mühafizəkar və partizan olsa da, Departamentin fəaliyyət dairəsinin daimi müdafiəçisidir və karyera vəzifəliləri arasında kifayət qədər populyar olmağı xoşlayır. Bolton isə, əksinə, dövlət idarəçiliyinə nifrət edir: o, “təhrikçidir”.

İrana gəldikdə, bu iki şəxs indi administrasiya xaricində olanlar tərəfindən istismar olunur. Onlar administrasiyanın kursunda düzəliş etməyə çalışırlar. Məhz İran və JCPOA-nun memarları məsələsində.

İranın xarici işlər naziri Cavad Zərif iki həftə əvvəl deyib: “Biz prezident Trampın qarşıdurma istədiyinə inanmırıq. Amma bilirik ki, onu bu addımı atmağa sövq edən insanlar var. Müşavir Bolton bir vaxtlar deyirdi ki, İranın işini bitirmək üçün Trampın prezidentliyindən istifadə etməliyik”.

“Los Angeles Times”-da Obama administrasiyasının sabiq üzvləri Kolin Kal və Con Volfstal Trampla bağlı bildiriblər: “Bu, Con Boltonun dünyasıdır. Tramp sadəcə bu dünyada yaşayır”.

Digər tərəfdən Duqlas MakQreqor – Boltonun rəqibi və ehtimala görə, gələcək varisi “Spectator USA”-də yazıb: “Con Bolton problemdir… Trampın milli təhlükəsizlik məsləhətçisi təhlükə yaradır… xüsusilə prezidentin ideallarına”.

Bu təzyiq kampaniyası səmərə verəcəkmi?

İki şey qətidir: prezident hakimiyyət qüdrətini itirməkdən qürur hissi keçirmir və bu yolda olanları istəyindən məhrum edir. Amma Bolton administrasiyada qaldığı müddətdə müşavirin yandırıcı nəfəsi boynunu dalayacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar