Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: "Biz yeni nüvə silahları hazırlayırıq"

Vaşinqton nüvə silahının məhdudlaşdırılması haqqında müqavilənin ABŞ, Rusiya və Çin arasında imzalanması zəruriliyinə bel bağlayır...

Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir, onlar ağlasığmaz səviyyədədir. Biz yeni nüvə silahlarını hazırlayırıq – ona görə yox ki, mən bunu istəyirəm. Bildiyiniz kimi, Rusiya bizimlə bu müqavilədə qeyri-düzgün oyun oynayırdı, buna görə biz ondan çıxdıq”, – deyə Amerika lideri bildirib.

“Mən əminəm ki, biz Rusiya və Çinlə toplaşa və yeni müqaviləni hazırlaya biləcəyik ki, bu dəliliyi davam etməyək”, – deyə o əlavə edib.

Ağ Ev rəhbəri ABŞ-ın güclü nüvə arsenalına malik olduğunu qeyd edib.

“İndi bizim dünyada ən güclü nüvə arsenalımız var, Rusiya ikinci, Çin üçüncüdür, bu, çox baha başa gəlir və ekstremal təhlükə yaradır, bu çox, çox təhlükəlidir. Məhdudiyyət, bizə məhdudiyyət lazımdır. 10 min döyüş başlığı bizə lazım deyil”, – deyə ABŞ prezidenti vurğulayıb.

Dövlət başçısı adlarını sadaladığı dövlətlərin bu məsələdə maraqlı olduğunu deyib: “Çin və Rusiya, hansılarla ki, biz müzakirə aparırıq, bunda son dərəcə maraqlıdırlar. Mən düşünürəm ki, Rusiya razılaşmaya nail olmaq istəyərdi və həmçinin düşünürəm ki, Çin də razılaşmaya nail olmaq istərdi. Bu heyranedici olardı, mən buna nail olmaq istəyərdim”, – Amerika lideri fikirlərini tamamlayıb.(report)

pia.az


Etiket: Donald Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar