Bazar ertəsi, 28 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tramp bir həftədə 62 dəfə yalan danışıb

ABŞ prezidentinə yeni ittihamlar

ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə “Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.

“Haber 7” xəbər verir ki, ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır.

Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur.

Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra “Twitter” səhifəsində D.Trampın dediklərini təkzib edib: “Alabama “Dorian”dan zərər görməyəcək. Təkrar edirik, “Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.

D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib: “Bilmirəm, bilmirəm”.

CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu “Twitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.

Televiziya D.Trampın danışdığı bir neçə yalanı da tamaşaçıların diqqətinə çatdırıb. “G7”liyin sammitində o, həyat yoldaşı Melaniya Trampın Şimali Koreya lideri Kim Çen Inı yaxşı tanıdığını söyləyib. Ağ Evdən məsələ ilə bağlı yayılan açıqlamada Melaniyanın Kim Çen Inı tanımadığı və onunla heç vaxt görüşmədiyi, hətta telefonla danışmadığı bildirilib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

“Ermənistan hökuməti bu iki addıma gedə bilər” - Tofiq Zülfüqarov danışdı

Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır

Müdafiə dönəmi bitdi: Qarabağ məsələsi artıq hərbi yolla həll ediləcək...

General-mayor Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

Ermənilərin atdığı mərmi jurnalistin önündə partladı - Video

loading...

Ən çox oxunanalar