Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Azərbaycana qarşı embarqo tətbiq edəcək? – Müsahibə

ABŞ Konqresinin Qarabağ münaqişəsinə aid etdiyi 2 düzəlişi Tramp imzalayacaq?

Politoloq: “Adminstrasiya və Konqres arasında Azərbaycana silah satışı məsələsi mühahisəlidir və Tramp Adminstrasiyası ölkəmizin tərəfindədir. Burada Trampın dəstəkçisi olan yəhudi lobbisinin rolunu xüsusi qeyd etmək lazımdır”.

Azərbaycan ABŞ-ın müttəfiqi olan İsraildən də silah alır. Azərbaycan ancaq Rusiya bazarından silah alsaydı, ABŞ-ın bizə qarşı qadağası təsirli ola bilərdi”.

Xəbər verdiyimiz kimi ABŞ Konqresi son günlər erməni diasporuna yaxınlığı ilə tanınan konqresmenlərin təsiri ilə Qarabağ münaqişəsinə aid 2 düzəliş qəbul edib. Verilən qərarlar ABŞ-ın Azərbaycana silah satmasına məhdudiyyətlər qoyur və Qarabağda münaqişə zonasında atəşkəs rejiminin pozulmasını fiksasiya edəcək lokatorların quraşdırılmasını nəzərdə tutur.

ABŞ Konqresinin Qarabağ münaqişəsinə aid qəbul etdiyi 2 düzəlişi və Azərbaycan diasporlarının acizliyi ilə bağlı politoloq Nəzakət Məmmədova PİA.az-ın suallarını cavablandırıb.

Nəzakət Məmmədova: “ABŞ Konqresinin qadağasını Trampın imzalaması inandırıcı deyil, çünki o, ABŞ xarici siyasətinə onun nə dərəcədə səmərəli, gəlirli olması nöqteyi-nəzərindən baxır”.

Mövzu ilə PİA.az politoloq Nəzakət Məmmədovayla olan müsahibəni təqdim edir:

- Nəzakət xanım, Azərbaycana qarşı silah satışına emorqo qoyarkən ABŞ-ın birtərəfli qaydada münaqişə zonasında lokatrların quraşdırması nə qədər mümkündür?

- ABŞ-da Azərbaycana silah satışı məsələsi ilə bağlı gördüyümüz kimi dövlət daxili güc mərkəzləri arasında qızğın mübarizə gedir. Hansı maraq qrupunun təsir dairəsi və imkanları genişdirsə, onun qalib gələcəyi şübhəsizdir. Adminstrasiya və Konqres arasında Azərbaycana silah satışı məsələsində Tramp Adminstrasiyası ölkəmizin tərəfindədir. Burada Trampın dəstəkçisi olan yəhudi lobbisinin rolunu xüsusi qeyd etmək lazımdır.

Eyni zamanda, Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən il regiona səfəri zamanı 907-ci düzəlişə moratorium qoyulacağını və Azərbaycana silah satışına başlanıla biləcəyini bəyan etmişdi. Bu da Adminstrasiyanın Konqresdəki erməni lobbisi ilə əlaqədə olan şəxslərdən fərqli olaraq, ölkəmizə loyal münasibətinin sübutu sayıla bilər. Tramp Adminstrasiyası Ermənistana da silah satışını nəzərdən keçirir. Ancaq o da var ki, Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir.

Məntiqlə, ABŞ Ermənistana qadağa tətbiq etmədiyi kimi Azərbaycana da tətbiq etməməlidir. Daha doğrusu7 Ermənistana qadağa tətbiq etməli, Azərbaycana isə etməməlidir. Çünki ABŞ həm ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsi bölgəsində iki ölkənin paritet əsaslarla silahlanma hüququnu qəbul etmək məcburiyyətindədir, həm də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğunu diqqətdən qaçırmamalıdır. Rusiyanın silahlandırdığı, öz ordusunu birləşdirdiyi Ermənistan qarşısında İranla həmsərhəd strateji bölgədə olan Azərbaycanın zəif durumda qalması ABŞ-ın maraqlarına uyğun deyil. Onu da qeyd edim ki, Azərbaycan ABŞ-ın müttəfiqi olan İsraildən də silah alır. Azərbaycan ancaq Rusiya bazarından silah alsaydı, ABŞ-ın bizə qarşı qadağası təsirli ola bilərdi.

Nəzakət Məmmədova: “Rusiyanın silahlandırdığı, öz ordusunu birləşdirdiyi Ermənistan qarşısında İranla həmsərhəd strateji bölgədə olan Azərbaycanın zəif durumda qalması ABŞ-ın maraqlarına uyğun deyil”.

- Hesab edirsinizmi ki, hər zaman Azərbaycana qarşı isti münasibət sərgiləyən prezident Donald Tramp qəbul edilən iki düzəlişi imzalayacaq?

- ABŞ Erməni Milli Assambleyası və digər erməni diaspor təşkilatları Azərbaycanın hərbi üstünlüyünün guya regionda təhlükəsizliyə təhdid olması bəhanəsilə, Azərbaycana silah satışına embarqo çağırışları etməkdədirlər. Bir sıra Amerika diplomatları isə ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin münaqişə ölkələrinə silah satmasını yanlış addım kimi qiymətləndirirlər və Konqresdəki müzakirələrdə onların da rolu istisna edilmir.

Lakin ABŞ Konqresinin qadağasını Trampın imzalaması inandırıcı deyil, çünki o, ABŞ xarici siyasətinə onun nə dərəcədə səmərəli, gəlirli olması nöqteyi-nəzərindən baxır. Azərbaycana silah satışı ABŞ-a, hərbi-silah konsernlərinə iqtisadi, fövqəldövlətin regionda təsirinin artması baxımdan da siyasi cəhətdən faydalı olardı.

- Qəbul edilmiş iki düzəlişi erməni diasporasının qələbəsi kimi dəyərləndirmək olarmı?

- İranla münasibətlərin kəskinləşdiyi, Qarabağ məsələsinin həllində təşəbbüsün ələ alınması dövründə silah satmaq, ABŞ-a çox lazımdır. Lakin ABŞ tarixi göstərir ki, prezident və Konqres arasında fikir ayrılığı olanda, prezidentin müqaviməti daha zəif olur. Konqresin qəbul etdiyi qərarları prezident ləğv edə bilməz. O, yalnız həmin qərarlara ildə bir dəfə moratorium qoyub, onun icrasını müvəqqəti dayandıra bilər.

Odur ki, Azərbaycana silah satışına erməni diasporası istənilən vasitələrlə mane olacaqlar. Təəssüf ki, bu məsələdə hələ ki, onlar daha güclüdür.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar