Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Tramp Azərbaycan xalqına qarşı vicdansızcasına istiqamətlənib?” - Sabiq dövlət müşaviri

Hazırda vasitəçi kimi ABŞ-ln sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar?..

Politoloq: “ABŞ-ın Qarabağ mövqeyini çox mənfi qiymətləndirilməlidir. Sözün həqiqi mənasında müsəlmanofobiya, türkofobiya ilə dolu olan bu təhdidlər başdan ayağa biabırçılıqdır”.

Azərbaycan xalqının haqqını görməzdən gələnlərin, ermənilərə təriflər yağdıranların vicdanları ağrımır?”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ-dan Azərbaycana artan təzyiqlərin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi AzərbaycanErmənistanın xarici işlər naziri axırıncı dəfə Moskvada deyil Vaşinqtonda danışıqlar apardılar. Danışıqlardan sonra Moskva görüşünün nəticəsi kimi humanitar atəşkəsin elan olunduğu açıqlndı. Amma növbəti, üçüncü dəfədir Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermədi və onu açıq şəkildə pozur. Belə ki, 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur.

AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin danışıqlar davam etdiyi bir zamanda isə ABŞ-dan Azərbaycana olan təzyiqlər də artmaqdadır. Bir sıra konqressmenlər açıq şəkildə tərəf nümayiş etdirirlər. Tramp isə “tvit” ataraq ermənilərə tərif yağdırıb.

Hazırda vasitəçi kimi ABŞ-ln sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar? Ümumiyyətlə ABŞ-da aparılan danışıqları səmərəli hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabit dövlət müşaviri, politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Yeni dünya düzənini qurmaq üçün birinci işğalçı, ədalətsiz müharibələrə son vermək lazımdır. Amma ABŞ bu gün işğalçını müdafiə edir”.

ABŞ-ın özünü dünyanın demokratiya və insan haqları müdafiəsinin bastionu adlandırdığını xatırladan sabiq dövlət müşaviri PİA.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda torpaqlarının 20 faizi erməni terrorçuları tərəfindən işğal edilən, 1 milyondan artıq insanı səfil vəziyyətdə didərgin salınan Azərbaycan haqqında zərrə qədər ədalətli qərar vermirlər:

ABŞ-ın Qarabağ mövqeyini çox mənfi qiymətləndirilməlidir. Sözün həqiqi mənasında müsəlmanofobiya, türkofobiya ilə dolu olan bu təhdidlər başdan ayağa biabırçılıqdır. ABŞ özünü dünyanın demokratiya və insan haqları müdafiəsinin bastionu adlandırır. Amma Vaşinqtonda torpaqlarının 20 faizi erməni terrorçuları tərəfindən işğal edilən, 1 milyondan artıq insanı səfil vəziyyətdə didərgin salınan Azərbaycan haqqında zərrə qədər ədalətli qərar vermirlər.

Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edir. Bu da BMT Nizamnaməsinin 51-ci maddəsində yazılıb. Azərbaycan xalqı özünü müdafiə hüququna malikdir və bu hüququ həyata keçirir. Belə olan halda Tramp cənabları nə üçün Azərbaycan xalqına qarşı belə vicdansızcasına istiqamətlənib?

ABŞ-ın yadından çıxıb ki, bu gün dünyaya hökm etdikləri həmin torpaqları anqlosakslar 50 milyondan çox hinduları soyqırıma məryz qoyaraq əldə edib. Yerli əhalinin qanı üzərində formalaşan ABŞ ndi özünü demokratiya cənnəti hesab edir və dünyaya ağalıq edir.

ABŞ yeni dünya düzənidən danışır. Bəs o bu dünya düzənini necə quracaq?

Yeni dünya düzənini qurmaq üçün birinci işğalçı, ədalətsiz müharibələrə son vermək lazımdır. Amma ABŞ bu gün işğalçını müdafiə edir. Azərbaycan öz torpaqlarını soyqırım törətmiş, etnik təmizləmə həyata keçirmiş düşməndən azad edir. Əgər bunu Vaşinqtonda görmürlərsə, o zaman baş verənlərə görə ikiqat günahkardırlar. Bu gün demək olmaz ki, Tram və Adminstrasiyasl həqiqətlərdən bixəbərdirlər. Ağ Ev həqiqətləri görür, amma seçkilərdə ermənilərin səsini almaq üçün min cür yalanlar danışırlar.

Qabil Hüseynli: “Azərbaycan xalqı bu başabəla, soyu-kökü bəlli olmayan millətdən yaxasını qurtarmalıdır”.

Doğrudanmı Azərbaycan xalqının haqqını görməzdən gələnlərin, ermənilərə təriflər yağdıranların vicdanları ağrımır? Mən ağa qara deyən, haqqı nahaqqa qurban verən insanların hamısını lənətləyirəm.

Ermənistan heç bir atəşkəsə tabe olmur. Bildiyimiz kimi Ermənistan ordusu əraziləri itirir və itirdikləri əraziləri də hansı formada olur-olsun geri qaytarmaq istəyirlər. Buna görə də heç bir görüşün xeyri yoxdur. Azərbaycan xalqı bu başabəla, soyu-kökü bəlli olmayan millətdən yaxasını qurtarmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay