Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ağ Evdən canlı yayımla xalqa müraciət etdi

Prezident Donald Tramp Birləşmiş Ştatların Meksikayla sərhədində “humanitar böhran” yarandığını açıqlayıb

PİA.AZ Azadlıq Radiosuna istinadən bildirir ki, onun çıxışı televiziyayla birbaşa yayımlanıb. Prezident Meksikayla sərhədin hasarlanmasını istəyir. Buna maliyyə ayrılmaması ucbatından hökumət 18 gündür qismən qapadılıb. Konqresdəki demokratlar Trampı tənqid edir, onu federal hökuməti yenidən açmağa çağırır. Hökumətin bağlanması nəticəsində yüz minlərlə federal işçi ödənişsiz çalışır.

Yanvarın 8-də Trampın prezidentliyi dövründə ilk dəfə olaraq Oval Ofisdən etdiyi çıxış ABŞ siyasətinin necə gərgin bir dönəmə girdiyini göstərir. Noyabrda demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alandan durum qəlizləşib. Trump sərhədin hasarlanmasına Konqresin 6 milyard dollaradək vəsait ayırmasını istəyir. Demokratlar buna qarşı çıxır. Konstitusiyaya görə, prezident konqresin razılığı olmadan bu tip layihələrə pul xərcləyə bilməz. Federal hökumət artıq dekabrın 1-dən qismən qapalıdır və bu, ABŞ tarixində ikinci uzun qapanmadır. “Cənub sərhədimizdə humanitar və təhlükəsizlik böhranı artmaqdadır”, – Tramp televiziyaların canlı yayımladığı çıxışında deyib.

Trump seçki kampaniyası zamanı immiqrasiyanı böyük problem adlandırırdı, sərhədi hasarlamağı vəd edirdi. Demokratlar isə Trampın immiqrasiya təhlükəsini şişirtdiyini iddia edir, onu federal işçilərindən hasar məsələsindən rıçaq kimi istifadə etməkdə suçlayır.

Nümayəndələr Palatasının demokratlardan olan lideri Nensi Pelosi isə televiziya çıxışında deyib ki, Tramp sərhəddə böhranı yaradıb. Senat demokratlarının lideri Çak Şumer Trampı hökuməti yenidən açmağa, sərhəddə təhlükəsizliklə bağlı danışıqları bərpa etməyə çağırıb.

pia.az


Etiket: Tramp Ağ ev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar