Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp açıqlama verdi: Bolton İran məsələsinə görə işdən qovulub?

Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampın İran sanksiyalarını yumşaltmasına qarşı çıxdığına görə vəzifədən kənarlaşdırılıb

PİA.az xarici mediaya istinadən xəbər verir ki, etibarlı mənbələrin bildirdiyinə görə sentyabrın 9-u Ağ Evin məşhur “Oval Ofis”ində keçirilən bir toplantı Boltonun işinə xitam verilməsi ilə nəticələnib. Belə ki, sentyabr ayının axırı Nyu-Yorkda keçiriləcək BMT-nin iclasında Həsən Ruhani də iştirak edəcək və bu səbəbdən Tramp sanksiyaların yumşaldılmasının İranla yeni danışıqlara başlamaq üçün zəmin olacağını bildirib. Amerika xəzinəsinin başında duran Xəzinə Departamentinin katibi Stiven Mnuxin məsələ ilə bağlı Trampla həmfikir olsa da, Bolton müxalif olmağı üstün tutub və sanksiyaların daha da ağırlaşdırılmasının lazım olduğunu bildirib.

Şimali Koreyaya da Liviya modelini tətbiq etmək istəyən Bolton Trampın açıqlamasına görə, kifayət qədər ağıl işlədə bilməyib və buna görə də Tramp ondan istefa etməyini istəyib.

"Con Bolton Trampın İran sanksiyalarını yumşaltmasına qarşı çıxdığına görə vəzifədən kənarlaşdırılıb"

Jurnalistlərin Bolton məsələsi ilə bağlı yönəltdiyi suala Venesuala və İraq məsələsində də Boltonun çox “sərt” mövqe qoyduğunu bildirən Tramp, İrana tətbiq edilən sanksiyalarla bağlı isə “hər şeyi zaman göstərəcək, bizi İranda hakimiyyət dəyişikliyi maraqlandırmır” deməklə kifayətlənib. Görünən odur ki, İranın görüşlə bağlı mövqeyi bilinməsə də, Ağ Ev Tramp-Ruhani görüşünə hazırlaşır.

Ziya MEHTİ
Pia.az


loading...