Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: ABŞ heç vaxt sosialist ölkə olmayacaq

ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının toplantısında çıxış edərkən İrana, Çinə, Venesuelaya və KDXR-a qarşı od püskürüb…

“Gazete Manifesto” qəzeti, Türkiyə, 24 sentyabr 2019-cu il

Tramp beynəlxlaq ictimaiyyətə “İranın üzərindəki təzyiqləri artırmaq”la bağlı yenidən çağırış edib: “Heç bir ölkə İranın qaniçənliyini dəstəkləməməlidir. İrana qarşı hərəkətə keçmək bütün ölkələrin vəzifəsidir. İran təhdid yaradan davranışlara davam etsə, sanksiyalar da artaraq davam edəcək”.

ABŞ-ın 2016-cı il seçkilərindən bu vaxta qədər ordusunu yeniləmək üçün 2,5 trilyon dollar xərclədiyini deyən Tramp Amerika ordusunun ən böyük hərbi qüvvə olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu gücdən istifadə etmək məcburiyyətində qalmarıq”.

Milliyətçiliyə hə, qlobalizmə yox!

Tramp bütün ölkələrə qloballaşmanı rədd etməyə və milliyətçiliyi qorumağa çağırış edib. O qeyd edib ki, ağıllı liderlər ön sıraya öz xalqlarını və ölkələrini qoyurlar. “Azad dünya milli prinsipləri əsas götürməlidir. Onlar silməməli və ya yerini dəyişdirməməlidir. Gələcək qlobalistlərə deyil, vətənpərvərlərə aiddir”, deyən Tramp sözlərinə belə davam edib:

“Bu toplantıda təmsil edilən hər ölkənin mədəniyyəti və tarixi qorunmağa layiqdir. Bu böyük və möhtəşəm planetdə əgər azadlıq və demokratiya axtarırsınızsa, öz hegemoniyanızı qucaqlayın və əgər sülh istəyirsinizsə, öz ölkənizi sevin”.

“Çinlə mənfi bir razılaşma əldə edə bilmərəm”

Çinlə davam edən ticarət müharibəsi barədə də danışan Tramp qeyd edib ki, Çin 2001-də Ümumdünya Ticarət Təşkilatına qəbul edildikdə dönəmin liderləri Çinin normallaşacağına ümid ediblər, lakin 20 il sonra bu ümid boşa çıxıb. Çinin bazarları manipulyasiya etdiyini, texnologiya və əqli mülkiyyət oğurluğuna girişdiyini qeyd edən Tramp əlavə edib ki, bunların adi qarşılandığı günlər artıq sona çatıb.

Tramp Honkonqdakı durumu da yaxından izlədiyini bildirib: “Çinin Honkonqdakı vəziyyət üzərində işləyərkən seçdiyi üsul onun gələcəkdə dünyadakı rolu barədə çox şeydən xəbər verəcək”.

Çin prezidenti Si Tsippinin üçün də: “Hamımız onun yaxşı bir lider olduğuna inanırıq”, deyib. Prezident Tramp: “Ümid edirəm ki, Çinlə ölkələrimizin gələcəyi üçün faydalı razılaşmalar əldə edə bilərik, lakin mənfi yöndə bir razılaşmanı qəbul edə bilmərəm”, deyə əlavə edib.

İrana qarşı sanksiyalar

İran məsələsində Tramp İranın nüvə silahı və ballistik raket istehsal etməsinə heç vaxt icazə verilməyəcəyini qeyd edib. Tətbiq edilən iqtisadi sanksiyalardan sonra, İran rejiminin şiddətini artırdığını deyən Tramp xatırladıb ki, Səudiyyə Ərəbistanındakı neft təsisatlarına edilmiş hücum da bu sanksiyalardan sonra baş verib.

İrana qarşı hərəkətə keçməyin bütün ölkələrin vəzifəsi olduğu deyən Tramp bildirib ki, İranın təhdid yaradan hərəkətləri davam etdikcə sanksiyalar daləğv edilməyəcək və artacaq. Prezident Tramp beynəlxalq ictimaiyyətə İrana qarşı iqtisadi təzyiqi gücləndirmələri üçün çağırış edib: “Heç bir ölkə İranın qaniçənliyinə dəstək verməməlidir”.

İran rəhbərliyinin “Amerikaya ölüm”, “İsrail bədxassəli bir şişdir, aradan götürülməlidir” kimi şüarlarını xatırladan Tramp bildirib ki, ABŞ bu cür yəhudi düşmənçiliyi edən bir davranışı qəbul edə bilməz. Tramp, həmçinin, vurğulayıb ki, İsrailin qonşuları ilə normal münasibətlər qurmasını dəstəkləmək bölgənin rifahı baxımından da çox önəmlidir.

Tramp: “Amerika düşmənçiliyin sonsuza qədər davam edəcəyinə inanmır. İndi dostumuz olan bir çox ölkə ilə əvvəllər düşmən olmuşuq. Hər kəs müharibə edə bilər, lakin ən cəsarətli olanlar sülh bağlayar”.

Tramp qeyd edib ki, 40 illik uğursuzluqdan sonra İran liderləri də digər ölkələri təhdid etməkdən əl çəkib, öz ölkələri üçün çalışmalıdırlar.

KDXR-yə qarşı nüvə ittihamları

“Amerikanın Səsi” xəbər verir ki, Tramp Koreya Demokratik Xalq Respublikası (KDXR) ilə olan münasibətləri barədə də danışıb: “Kim Çen İnə ölkəsinin nüvə silahlarından təmizlənməli olduğunu bildirdim. Amerikanın hədəfi sonsuz müharibələr deyil, sadəcə sülhdür”.

Keçən günlərdə Talibanla razılaşma etməkdən imtina edən Tramp Talibanın Əfqanıstanda hücumlara davam edəcəyini bildirib. Hələ də sülh arzusunda olduğunu deyən Tramp qeyd edib ki, əfqan nümayəndələrlə bu məsələdə ortaqlıq etməyə davam edəcək.

Prezident olduğum müddətdə bu ölkəyə qeyri-qanuni yollarla girə biməyəcəksiniz”

Tramp qeyri-qanuni köçün ölkələrin rifahını təhdid etdiyini və insanların həyatını təhlükəyə atdığını qeyd edib. Bu köçkünləri qəbul edən ölkələrin də çox böyük yük aldığını bildirən Tramp köçkünlərin də təhlükəli şəkildə səyahət etməyə məcbur qaldıqlarını vurğulayıb. Sərhədlərin açılmasını müdafiə edənlərə isə: “Bu siyasətləriniz heç ədalətli deyil, çox zalım və pisdir”, deyib. Sərhəd təhlükəsizliyinin azalmasının insanın həm şərəfini, həm də təhlükəsizliyini təhdid etdiyini bildirən Tramp qeyd edib ki, adam oğurluğunun qarşısını almaq üçün bölgədəki ölkələrlə ciddi şəkildə əməkdaşlıq edir.

Tramp qeyri-qanuni şəkildə Amerikaya gəlmək istəyən köçkünlərə xitab edərək deyib: “Qaçaqlara və banditlərə pul ödəməyin, uşaqlarınızın da həyatını təhlükəyə atmayın. Çünki gəlsəniz də, mən bu ölkənin prezidenti olduğum müddətdə bura daxil ola bilməyəcəksiniz, geri göndəriləcəksiniz”.

ABŞ heç bir zaman sosialist bir ölkə olmayacaq”

Tramp nitqində sosializmi də hədəf alıb. Kuba, Nikaraqua və Venesueladakı avtoritar hökümətlər barədə danışan Tramp qadınların Venesuelada 10 saat yemək növbəsində gözlədiyini bildirib. Venesuela prezidenti Nikolas Maduronun da “Kubanın kuklası” olduğunu deyib.

Tramp venesuelalılara da səslənib: “Amerikanın arxanızda olduğunu bilin. Humanitar üçün yardımlar artıq sərhəddədir. Durumu yaxından izləyirik. Demokratiyanın qurulacağını və venesuelalıların azad olacağı günü gözləyirik”.

“Sosializm cəmiyyətləri dağıntı altında qoyur”, deyən Tramp: “Amerika heç bir zaman sosialist bir ölkə olmayacaq”, deyib.

“Venesuela bizə sosializmin və kommunizmin ədalətlə, bərabərliklə, kasıbları ucaltmaqla bir əlaqəsi olmadığını, ölkələrin yaxşılığına xidmət etmədiyini göstərir”.

Söz azadlığı və dini azadlıqların qorunmalı olduğunu da vurğulayan Tramp Amerikanın dünyanın hər yerində qadınların gücləndirilməsinə, homoseksualların və LGBT cəmiyyətlərinin qorunmasına dəstək verdiyini də əlavə edib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar