Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tramp: “ABŞ-da hər il qripdən təxminən 25-60 min insan ölür” 

“IRNA” və “Təsnim”, 27.02.2020

Donald Tramp hər il ABŞ-da qripdən 25-60 min civarında insanın öldüyünü xatırladaraq, “Corona” virsunun yayıldığı bolgələrdən ölkəyə gələcək şəxslərin ciddi nəzarətdən keçiriləcəyini bildirib.

COVİD-19-la bağlı keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların prezidenti deyib: “Mütəxəssislərimiz tezliklə əldə ediləcəyimizə ümid bağladığımız bu xəstəlik üçün bir peyvənd hazırlayırlar”.

ABŞ prezidenti ölkədə yeni Koronavirus riski barədə bildirib: “ABŞ-da hər il qripdən 25-lə 60 min arası insan ölür. Bunu eşitdikdə, şok keçirdim”.

Cons Hopkins Universitetinin hesabatına toxunan Tramp, ABŞ-ın digər ölkələrə nisbətən virusla mübarizəyə daha çox hazır olduğunu söyləyib.

ABŞ-da COVİD-19-la əlaqədar vəziyyəti nəzarət altında saxlanıldığını və həyəcanverici faktların olmadığını dilə gətirən Tramp bu məsələnin həllini vitse-prezident Mayk Pensə həvalə edib.

Ondan əvvəl ABŞ-ın səhiyyə naziri katibi Aleks Azar “Corona” virusunun yayılmasına qarşı mübarizəni davam etdirmək üçün məsuliyyət daşıyırdı.

Tramp demokratlar tərəfindən yeni Koronavirusu ciddiyə almadığı üçün çox ciddi şəkildə tənqid edilib.

Qlobal miqyasda bir çox insanın hər il üzləşdiyi ən təhlükəli xəstəliklərdən biri qripdir. O, geniş yayılmış azardır və adətən, soyuq mövsümlərdə insanlara təsir edir.

“Medicine.net” saytının məlumatına görə, hər il 646 min insan qripə yoluxur və dünyada təxminən 250 ilə 500 min insan qripdən ölür.

Maraqlı budur ki, ABŞ xəstəliyin mənşə ölkələrindən biridir və Amerika vətəndaşları digər ölkələrə nisbətən, virusdan daha çox əziyyət çəkir, hər il minlərlə amerikalı qripdən dünyasını dəyişir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, 2010-cu ildən 2019-cu ilədək olan dövrdə, yəni son 10 ildə xeyli sayda insan virusdan həyatla vidalaşıb. Məsələn, 2017-2018-ci illərdə ABŞ-da qripdən ölənlərin sayı 61 min nəfər olub! Bu, qripdən ən çox ölüm hallarının qeydə alındığı dövrdür.

Bu il 45 milyon amerikalı qrip xəstəliyinə tutulub

ABŞ-da ən yüksək qrip ölümünün qeydə alınan digər dövr 2014- 2015-c illərdir; bu dönəmdə 51 min amerikalı ölüb və ümumən 30 milyon insan qripə yoluxub.

Çinin Uhan şəhərində “Corona” virusunun yayılmasından bəri epidemiya ilə əlaqədar ABŞ-da xəbərlər senzura altına alınıb.

2019-2020-ci illər arasında 19 milyon amerikalı qripə yoluxub, onlardan 180 mini xəstəxanaya yerləşdirilib. Təxminən 10 min amerikalı ölüb ki, onların 60%-i uşaqdır.

ABŞ-da qrip mövsümü bu il bir qədər tez başlayıb və ötən ilin noyabr ayının ortalarında “B” tipli qripin geniş yayılması ilə zirvəyə çatıb.

Virus uşaqlara daha ciddi təsir göstərir; bu mövsüm keçirilmiş testlərin yarısından çoxu azyaşlı qrip xəstələrinə aiddir.(strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Tramp qrip


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi

“Ciddiyə almadım, vəziyyətim daha da ağırlaşdı” - Mirvari Fətəliyevadan açıqlama

Azərbaycan hərbçisi faciəvi şəkildə öldü - Foto

Deputat: "Kommunal xərclər sıfırlansın və kreditlər dondurulsun"

loading...

Ən çox oxunanalar