Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp ABŞ-da diktaturasını yaratmağı xəyal edir...

Tramp: “Konstitusiyaya zidd olsa da, iki dəfədən çox prezident seçilə bilərəm”

Clark Mindock
“Independent” qəzeti, ABŞ

ABŞ prezidenti Donald Tramp önə sürüb ki, ABŞ konstitusiyasına zidd olsa da, Amerika xalqı onun iki dönəmdən çox Ağ Evdə qalmasını istəyə bilər.

2020-ci il ABŞ Prezident seçkiləri ilə bağlı aparılan anket nəticələri göstərir ki, önəmli əyalətlərdə Demokrat Partiyasının parlaq siması Co Bayden xeyli irəlidədir. Buna baxmayaraq Tramp 2024-cü ildə sonra da prezident olmağa davam edə biləcəyini açıqlayıb.

Tramp paylaşdığı “tvit”-də: “Dəqiq bilirəm. Amerika yenidən möhtəşəm bir qərar verəcək və mən 6 il sonra gözəl Ağ Evi tərk edəcəm. (Sizcə, insanlar daha uzun müddət hakimiyyətdə qalmağımı tələb edə bilərmi? Amerikanı möhtəşəm saxlayaq)”, yazıb.

Tramp, eyni zamanda, öz kampaniyasının anketləri ilə bənzər nəticələr göstərsə belə, Demokrat Partiyasının digər partiyalardan çox geridə qaldığını göstərən anketi xəbər halına gətirən “The New York Times” və “The Washington Post” qəzetlərinə də təzyiq göstərib.

Qəzetləri “qara ləkə” və “xalq düşməni” adlandıran Tramp bildirib ki, Ağ Evin hazırlatdığı anketlər Trampın “hər yerdə qalib gəldiyini” göstərir.

Prezident Tramp həm prezident namizədi olduğu dönəmdən, həm də prezident seçildiyindən bu yana ona qarşı mənfi rəy yazanları və medianı tez-tez təhqir edir. Bununla yanaşı, prezidentlərin yalnız hər biri 4 il olmaqla 2 dəfə seçilə biləcəyini ifadə edən ABŞ konstitusiyasına zidd olsa belə, Tramp daha əvvəl də 8 il sonra yenə Ağ Evdə qalmağa və prezidentlik etməyə müsbət yanaşdığını bildirmişdi.

Xidmət etməklə bağlı məhdudiyyətlər ABŞ Konstitusiyasının 1951-ci ildə təsdiq olunmuş 22-ci maddəsində təsbit olunub.

2017-ci ilin yanvar ayında prezident seçildiyindən bəri aşağı olan səs nisbətləri Trampın yaxasını buraxmır.

Sadəcə qısa bir müddət çoxalan səslərə baxmayaraq, Trampın lehinə olan səslər geri qalan müddətdə 40%-dən bir az çox olub.

Rəy sorğusu və analizlər aparan “Five Thirty Eight” saytına görə, mövcud olan təsdiq səsləri cəmi 42,6% nisbətindədir və amerikalıların 53%-i onu prezident kimi qəbul etmir.

Müqayisə üşün qeyd edək ki, Barak Obama ikinci dəfə prezidentliyə namizəd olarkən onu ABŞ əhalisinin 55%-i dəstəkləyirdi. Trampı isə ortalama 40% dəstəkləyir. Fərq ortadadır.

Qeyd edək ki, Obama “Gallup” araşdırma şirkətininkeçirdiyi rəy sorğusunda 59%-ə yaxın səs toplamışdı.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar