Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp, yoxsa Bayden? - Azərbaycan yanvaradək işləri tamamlamalıdır!

Bu gün ABŞ-da növbəti prezident seçkiləridir. İndi hamını maraqlandıran sual budur ki, kim seçiləcək - Tramp yoxsa Bayden? ABŞ seçkiləri haqda proqnoz vermək çox çətindir, xüsusilə də belə namizədlər iştirak edəndə.

Pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadları nəzərə almasaq (onlar is seçkilərə təsir göstərir), 2016-cı il seçkiləri ilə oxşarlıq çoxdur.

Bir çoxları Donald Trampın 4 illik hakimiyyəti dövründə ölkədə irqçi tendensiyaların artmasını və bu amilin də seçkiyə təsir edəcəyini iddia edirlər.

Hərçənd ki, ABŞ-da irqçilik hər zaman olub, sadəcə Trampın populizmi onu gizli formadan açıq müzakirəyə çıxardı. Belə də ki, hələ 2016 seçkiləri ərəfəsində də demokratlar Trampı daim irqçilikdə ittiham edirdilər. Odur ki, məncə bu məsələdə də hansısa yenilik yoxdur.

Başqa bir yenilik kimi həm də son illər ABŞ cəmiyyətinin ifrat qütbləşməsi göstərilir. Daha dəqiq desək, siyasi fəal kəsimin. Əslində isə belə qütbləşmə də yeni deyil və ABŞ siyasətində hər zaman olub.

Bir neçə gün əvvəl də yazdığım kimi, 2016-cı il prezident seçkiləri ərəfəsində keçirilən rəy sorğuları Donald Teampın seçilmək şansını cüzi olduğunu göstərirdi.

Amma gördüyümüz kimi, bu gün prezident Tramp ikinci müddətə seçilmək uğrunda mübarizə aparır və onun qalib gələcəyini və ya məğlub olacağını heç kəs əminliklə deyə bilməz.

Ən dəqiq məlumat cəmi bir sutkadan sonra məlum olacaq. Hər bir halda, onun təkrar seçilmək şansı az deyil.

Bəs Azərbaycan üçün kimin seçilməsi daha əlverişlidir? Bu sual da tez-tez səsləndirildiyi üçün çalışıb ona cavab verək. Cavab isə 2×2 qədər sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq Amerika maraqları hər bir halda prioritet olacaq.

Bizim üçün indiki mərhələdə demokrat prezident daha az əlverişlidir. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından da, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hal-hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən də açıq-aydın görürük.

Amma hətta Bayden prezident seçiləcəyi halda belə vəzifəsinin icrasına gələn il yanvarın 20-dən başlayacaq. Odur ki, bu halda həmin vaxtadək işlərimizi tamamlamalıyıq.

Ərəstun Oruclu, politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Tramp, yoxsa Bayden? - Azərbaycan yanvaradək işləri tamamlamalıdır!

ABŞ Türkiyəyə F-16 satacaqmı? – Ankara Yaxın Şərqdə həlledici oyunçuya çevrilə bilər

Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

Ən çox oxunanalar