Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toz-duman içindəki Dəməşqin mənzərəsi: Rusiya ilə Suriya münasibətləri nə vəziyyətdədir?..

Moskvada qərarlar qəbul edilir, amma Dəməşqdə həyata keçirilmir. Lakin Putinin Əsəddən, Əsədin də Putindən imtina etmək şansı yoxdur...

Fehim Taştekin

“Gazete Duvarı” qəzeti, Türkiyə, 30 aprel 2020-ci il

Qərb mediasında Suriyadan söz açıldıqda sağ, sol və liberal olan bütün demokratik media ünsürləri “sərbəst atış” vəziyyətinə keçirlər. Məsələn, bu vəziyyətdə Fransanın “Liberation” qəzeti birinci xanım olan Əsma Əsədin otağına Devid Hokninin 27 milyon avro dəyərindəki rəsmini yerləşdirib. Nədənsə, Bəşər eşq dolu London günlərini xatırlamaq istəyib. Aralıq dənizi üçün heç bir jurnalist etikası işləmir. Bunu bildirən mənbə də heçə saydıqları Rusiyanın “Qosnovosti” qəzetidir.

Qərb mediasından Şərqlə bağlı bir şey eşitməyə səbrimiz çatmır. Ancaq Suriyaya qalxan olmuş Rusiyada Kremlin kölgəsindəki yayım və ya düşüncə mərkəzlərinin saytlarında Bəşər Əsədi və ətrafındakı hər kəsi hədəfə qoyan yazılar çoxaldıqca vəziyyət daha da gərginləşir. Görəsən, nə baş verir? Hesabları nədir?

Müharibənin ağır yükü, embarqolar, Amerikanın sanksiyaları və müharibə ağalarının talanları iqtisadiyyatı məhv edib. Bunun üzərinə korrupsiya sükanındakı sabitlik və idarəetmədəki zəifliklər də gəldikdə başa düşürük ki, artıq Rusiyanın səbri qalmayıb. Ordunu və milis qüvvələrini nizama salmaq, konstitusiyanın yazılması prosesinə ciddi yanaşmaq, korrupsiyanın qarşısını almaq və sərmayələri asanlaşdırmaq kimi gözləntilər var. Bunlar müharibənin 3 cəbhəsindəki nəticələrini həll etmək, beynəlxalq təcriddən çıxmaq və yenidənqurma yolunu açmaq üçündür. Bu cür tələblər Valday Klubu, Rusiya Beynəlxalq Münasibətlər Şurası və Federal Xəbər Agentliyi kimi yerlərdə mümkün qədər kəskin ifadələrlə müzakirə edildiyi zaman olduqca diqqət çəkici hala gəlir. Məsələn, dövlətin maliyyələşdirdiyi Moskvadakı Avropa-Yaxın Şərq Mərkəzinin rəhbəri və keçmiş diplomat Aleksandr Şumilin: “Kreml Suriya bəlasından xilas olmalıdır. Problem təkcə bir nəfərlə bağlıdır: Əsəd və ətrafı”, demişdi.

Digər tərəfdən “Pravda” qəzeti də “Əsəd klanı: Suriya prezidentinin ailəsi necə korrupsiyaya düşdü?” başlığı ilə Əsədin əmisi oğlu Rami Mahlufun ölkə iqtisadiyyatının 60%-ni və general olan qardaşı Mahir Əsədin 15%-ni idarə etdiyini önə sürəcək qədər Əsəd qarşısı olan bir məqalə nəşr edib. Bu daha çox inqilab üçün hazırlanmış Qərb-Körfəz-Türk mediasının 2011-ci ildəki versiyasına bənzəyir.

Federal Xəbər Agentliyi isə, həm Əsəd rəhbərliyini tənqid edərək aləmi qarışdırdıqdan sonra geri addım ataraq “Suriyanın düşmənləri Əsədi gözdən salmaq üçün bir kampaniya başlatdı!” deyib, həm də bunun arxasında MKT-in (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı) olduğunu iddia edib.

Görəsən, ortada hansı hesablar var? Bu vəziyyət qarşısında Kremlin sözçüsü Dimitri Peskov Putinin Əsədə görə narahat olduğu iddiasını rədd edib.

Bu müzakirələrin ortasında Suriyada başqa bir proses baş verir. Anası tərəfdən Mahluf ailəsini və həyat yoldaşı tərəfdən də Ahras ailəsini dövlətin imkanları ilə bəslədiyi üçün tənqid olunan Əsəd Putinin illər əvvəl oliqarxları toplayaraq “dövlətdən oğurladıqlarınızı gətirin görək” deməsi kimi, əvvəlcə şirkətləri ələ keçirdi. Şirkətlər vergi, qaçaqçılıq və qanunsuzluq yoxlanışından keçirilirlər. Böyük şirkətlərinin mülklərinə ehtiyat tədbirləri görülüb. Bu məsələni ən çox göstərən də “müqavimət mediasının” admiralı “Al Ahbar” olub. 2011-ci ildə etirazçılar tərəfindən “nifrət fiquru” olaraq hədəfə alınan Rami Mahlufun da şirkəti var. Rami Mahluf Əsədin dayısı Məhəmməd Mahlufun oğludur. Bunun arxasında Əsma Əsədin 11 milyon telefon abunəçisi olan “Syriatel”i ələ keçirmək istəməsi ilə bağlı “dəstəksiz” iddialar müxalif mətbuatda şişirdilir. Halbuki, bu istintaq demək olar ki, bütün iri şirkətləri əhatə edir. Buna Əsma Əsədin ailəsindən olan Tarif Ahras, həyat yoldaşı və 3 uşağına aid olan şirkətlər də daxildir.

Aydındır ki, Əsəd bu əməliyyatla 2 məqsədə çatmağa çalışır: Birincisi, korrupsiyaya qarşı mübarizə apardığını göstərmək, ikincisi, çox çətin vəziyyətdə olan ictimai büdcə üçün maliyyə dəstəyi tapmaq.

“Al Ahbar”dakı xəbərlərə və şərhlərə baxsaq görərik ki, məqsəd şirkətləri zəbt etmək və ya dağıtmaq deyil, sadəcə olaraq müvəqqəti tədbirlərlə ödəniş verməyə məcbur etməkdir. Güzəştə gedən şirkətlərin üzərində tədbir görülmür. Ahras ailəsi də 2012-ci ildən bəri vergi pozuntularının hesabını ödəməklə tədbiri qaldırıbözünü xilas edib. Bu əməliyyata açıq şəkildə müqavimət göstərən isə Mahluf oldu. Əsas mübarizə hökumətin lirənin hədsiz dəyər itirdiyini nəzərə alaraq, “Syriatel” ilə illər əvvəl bağlanmış müqaviləni nəzərdən keçirməkdə israr etməsi ilə əlaqədardır.

Rusiyada da sərmayəsi olan Mahluf 6 fevral 2020-ci ildə “Al Ahbar”a yazdığı məktubda inqilab mediasından şikayət edərək vergidən yayınma və qaçaqçılıq ittihamlarını rədd etmişdi. Embarqoya görə Livanda qalmış materialları dövlətin tələbi ilə Suriyaya salmağın qaçaqçılıq kimi görülə bilməyəcəyini, müharibə başlayandan bəri şirkət gəlirlərinin 75%-ni xeyriyyə işlərinə köçürdüyünü və 10 min insana iş verən “Syriatel”in böyük sərmayələr qoyduğunu müdafiə edib. Məhz bu mübahisə davam edərkən Mahlufun şirkəti olan “Milkman” Misirdə problemlə üzləşib. Port Səiddəki limana yaxınlaşan gəmidə “Milkman”ın məhsullarında gizlədilmiş 4 ton narkotik maddə aşkar olunub. Gəmi Liviyaya gedirdi. Mahluf da Suriya rəhbərliyinə çağırış edib ki, hansı şəbəkə “Milkman” yükündən sui-istifadə edibsə, tapıb ortaya çıxarsınlar. Bəzi insanlar bu hadisəni Mahlufa qarşı bir tələ kimi görürdülər.

Bu məsələ bir mübarizə olaraq şərh ediləcəksə, bununla ancaq Əsəd öz imicini yeniləmiş olacaq. Çünki Mahlufu sevən yoxdur. Əgər Əsəd getsə, bu şirkətlər arxadan gələnlər üçün zəif bənd olacaq.

Moskvadakı vəziyyətə isə baxdıqda görünür ki, Putinin Əsəddən, Əsədin də Putindən imtina etmək şansı yoxdur.

Mümkün nəticələrin proqnozu isə belə verilə bilər: “Əsəd sistemin sütunlarını bir yerdə toplayan əsas amildir. Müharibə zamanı həm hərbi, həm də vətəndaş bürokratiyası bazadakı yerini möhkəmləndirib. Adı çəkilən heç bir varis Əsəddən sonra sabitlik üçün qarantiya ola bilməz. Bunu hər kəs bilir”.

Rusiya mediasında bu miqyasda olmasa da, əvvəllər Əsədi və Baş nazir İmad Həmisi tənqid edən yazılar vardı. Dəməşqdən olan bir mənbənin dediyi kimi: “Rusiya mediasında bu cür şərhlər yazılanda Putinin bir şeydən narahat olduğunu başa düşürük. Bu şəkildə təzyiq yaradır”.

Digər tərəfdən, maraqlıdır ki, görəsən Putinin müttəfiqi ilə media üzərindən danışmağa ehtiyacı varmı? Əsədə bir nazirini göndərməsi kifayət deyilmi?

Əsəd də özünə manevr sahəsi yaratmaq və Türkiyənin rusların açdığı yoldan sahəyə girməsi ya da kürdlərə mədəni muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya layihəsi kimi variantlara qarşı “müqavimət göstərmək” üçün Rusiyaİranla balanslaşdırmağa çalışır. İranın siyasəti Rusiyadan fərqlidir və Dəməşqdə narahatlığa səbəb olur. Buna görə də İranı Rusiya ilə sakitləşdirməyə çalışır.

Qısaca, Tehran və Moskvada qərarlar qəbul edilir, amma Dəməşqdə həyata keçirilmir. Əməkdaşlıq, danışıqlar və mübahisələr bir-birinə qarışır. Bu yolla Rusiyanın Amerika tərzində təsir etməsi gözlənilmir. Lakin müharibənin ortasında Putinin az da olsa geri çəkilməsi belə, ayaqları olmayan əsgəri zorla yeritməyə bərabərdir.

Rus laqeydliyinin sahədə necə əks olunduğunu bir neçə nümunədən bilirik. Həmçinin yenidən qeyd edirik ki, Rusiya ortaqlıq münasibətlərini fərdlərlə müəyyənləşdirmir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar