Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toylarla bağlı Operativ Qərargahdan açıqlama

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb...

Sosial şəbəkədə mayın 31-də karantin rejimin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.

Deputat Fazil Mustafa bildirib ki, bununla bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz sadəcə ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejimin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır".

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil: "Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır".(Sonxeber)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar