Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıb... 

Mayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir:

"Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. Bilirsiniz ki, dünən yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Təəssüf ki, insanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmir.

Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanıların sayı üç rəqəmliyə qədər yüksəlib. Vətəndaşlarımız sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Çölə çıxan zaman qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan toplu şəkildə gəzirlər. Bununla da vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Təəssüf ki, hələ də koronavirusun vaksini tapılmayıb.

Ona görə də insanların bu qədər arxayınlaşması düzgün deyil. Son həftələrin statiskası heç də üərkaçan deyil. Ona görə də düşünürəm ki, yas, ad günü və toyların keçirilməsinə hələlik icazə verilməsi düzgün olmazdı. Çünki Azərbaycanda keçirilən yas mərasimlərində insanlar toplu şəkildə bir yerə yığışırlar. Təbii ki, bu da koronavirusun yayılma mənbəyi hesab olunur. Təsəvvür edin, bir koronaviuruslu xəstə özü də bilmədən keçiriləcək yas və toy mərasimində, kütləvi yığıncaqlarda iştirak etsə, necə böyük faciəyə səbəb ola bilər. Mənə görə yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə tələsmək lazım deyil. İnsanlarımıza məsuliyyətli olmağı və Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrinə əməl etməyi məsləhət görürəm. Yalnız belə olan halda biz tezliklə nornal həyatımıza qayıda bilərik".

pia.az 


Etiket: Toy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar