Tovuzda yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxanı kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması nəticəsində 4 nəfər – 1965-ci il təvəllüdlü Düz Xırdaxan kənd sakini Hümbətova Gülbəniz Mahal qızı ,1954-cü il təvəllüdlü Düz Cırdaxan Kənd sakini Hümbətov Çingiz İsgəndər oğlu ,1992-ci il təvəllüdlü Cəli kənd sakini Əhmədov Tacəddin Leysan oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Gündüz Çingiz oğlu xəsarət alıb.
Yaralıların vəziyyətinin kafi olduğu bildilir.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
pia.az