Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb...
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.
Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az