Tovuzda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Pia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkət edən "Mercedes" və "VAZ-21011" markalı avtomobillər toqquşub.
Nəticədə Aşağı Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Bağırov Fəxrəddin Əşrəf oğlu xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az