Tovuzda evdən oğurluq olub...
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Tovuzun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakini Həmayət İsmayılovaya məxsus evdən yarım kiloqrama yaxın qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə barədə polisə məlumat verilib.
Araşdırma aparılır.
pia.az