Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda düşmən atəşinin yaşayış evlərinə vurduğu ziyan ödəniləcək

Cəbhə xəttindəki kəndlərə ezam olunmuş əməkdaşımız son durumdan danışdı.

Artıq bir həftəyə yaxındır ki, Ermənistanın təcavüzkar ordusu Tovuz rayonunda ordumuzun mövqelərini və dinc sakinlər yaşayan Ağdam, Dondar Quşçu, Vahidli və Yuxarı Öysüzlü kəndlərini ağır artilleriyadan atəşə tutur. Ordumuzun layiqli cavabı nəticəsində düşmən çoxsaylı canlı qüvvə və texnika itkisi verib, lakin yenə də zaman-zaman atəşkəs pozulur.

Bu atışmada adı çəkilən rayonlarda cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış evlərinə də ziyan dəyib, o cümlədən bir dinc sakin düşmənin atdığı mərmidən yaralanaraq şəhid olub. Hazırda bir neçə ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Məlum olduğu kimi, atışma altında olan kəndlərin sakinləri əslində orada həyatlarını davam etdirməklə bir qəhrəmanlığa imza atırlar və onların maddi baxımdan dəstəklənməsinə, dəyən ziyanın kompensasiyasına ehtiyac var.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan sığorta eksperti Xəyal Məmmədxanlı bildirdi ki, müharibə və hərbi əməliyyatlar sığorta sistemində istisnadır. Ona görə də dəyən ziyan dövlət hesabına ödənilməlidir.

Hazırda Tovuzun cəbhə xəttində yerləşən kəndlərinə ezam olunmuş “Yeni Müsavat” əməkdaşlarından biri, İlkin Muradov isə bizə açıqlamasında bildirdi ki, artıq aidiyyəti dövlət qurumları tərəfindən fərdi yaşayış evlərinə dəyən ziyanın araşdırılmasına başlanılıb: “İyulun 12-dən etibarən əsasən Tovuzun Ağdam, Dondar Quşçu , Vahidli və Yuxarı Öysüzlü kəndləri atəşə tutulub. Ağdam kəndində düşmən atəşi nəticəsində dünyasını dəyişən 76 yaşlı Əziz Əzizova məxsus evə zərər dəyib. Bir də əldə etdiyimiz məlumata görə, Dondar Quşçu kəndində 6 fərdi yaşayış evinə ciddi zərər dəyib. Bundan sonra rayon icra hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən həmin evlərə baxış keçirilib. FHN evin yaşayış üçün yararlı vəziyyətdə olub-olmaması ilə bağlı araşdırma aparır”.

İ.Muradovun sözlərinə görə, araşdırmanın nəticəsinə əsasən, əgər yaşamaq mümkündürsə, həmin evə dəymiş zərər müəyyən olunur: “Biz burada kənd bələdiyyələrindən aldığımız məlumata görə, hazırda həmin evlərə dəymiş zərər hesablanır. Dəymiş zərər rayon icra hakimiyyəti tərəfindən qarşılanır. Bu vaxta qədər həmişə belə olub. Bu dəfə də düşmənin silahlı təxribatı nəticəsində evlərə dəyən ziyan icra hakimiyyəti tərəfindən araşdırılacaq, ödəniləcək və sakinlərə dəstək olunacaq”.

Qeyd edək ki, Azərbaycan tərəfi həm də məsələ ilə bağlı cinayət işi qaldırıb. Çünki Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə toqquşmanın intensivləşməsinə nail olmaq, habelə təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və yeni təcavüz aktları həyata keçirmək məqsədilə mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətməyə davam edir.

İyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri və institusional tədbirlər görüləcək.

Qeyd edək ki, ordumuz düşmənə layiqli cavab verdiyi kimi, digər aidiyyəti dövlət qurumları da məsələnin məhkəmə və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsinə və ədalətli həllini tapmasına çalışmalıdır. Dinc sakin, 76 yaşlı Əziz Əzizovun ölümü ilə yanaşı, insanların əmlakına dəyən zərərlə bağlı da Ermənistan ordusunun hərbçiləri yerli və beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

pia.az 


Etiket: Cəbhə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar