Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tovuz təxribatı ilə paralel hücum: ermənilər nələr edir?

Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən Feysbukda xüsusi fəallıq göstərirlər... 

Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən 350 profil isə Azərbaycan dilində paylaşımlar edir.

Axar.az xəbər verir ki, bunu tanınmış jurnalist, ekspert Elçin Alıoğlu qeyd edib. O, hər kəsi diqqətli olmağa, düşmənin yalanlarına uymamağa çağırıb:

“Çox hiyləgər və məkrli düşmənlə üz-üzəyik. Ermənilər erməni, rus, ingilis, alman, fars və fransız dilləri ilə yanaşı, dilimizdə də paylaşımlar edirlər. Özlərini Feysbuk və Tvitterdə “azərbaycanlı” kimi təqdim edən ermənilər səlis Azərbaycan dilində yazırlar. Ermənilərin Azərbaycan dilindəki profillərdə refren kimi təkrarladıqları əsas fikirlər “Şəhidlərin qanı yerdə qalır”, “Azərbaycan rəhbərliyi sosial gərginliyin artmasından çəkilərək cəbhədə bu insidenti yaratdı” kimidir. Həmin profillərin əksəriyyəti İrəvan Dövlət Universitetinin türkologiya kafedrasının nəzdində yaradılmış “Azərbaycan dilinin öyrənilməsi” qrupunun üzvlərinə məxsus olsa da, 63 profil Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının kurasiyasındadır. Sadəcə, bir faktı qeyd edim: İrəvan Dövlət Universitetinin müəllimi, türkoloq Ruben Melkonyanın başçılıq etdiyi “Azərbaycan dilinin öyrənilməsi” qrupunda dərslər 6 ay davam edir. Kursun dəyəri 300 dollardır. Kursu bitirən şəxs 5 ay sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edərək aktiv fəaliyyət göstərərsə, onun ödədiyi pul geri qaytarılır.

Aldanmayaq, düşmən oyunlarına alət olmayaq! Ermənilər bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparırlar və həmin savaşın önəmli qismi sosial şəbəkələrdir. Ermənistanın yeni “Milli Təhlükəsizlik Strategiyası”nda da Azərbaycana qarşı informasiya savaşına xüsusi yer ayrılıb. 40 səhifəlik, 6 fəsildən ibarət strategiyaya 18 səhifəlik məxfi əlavədə bu barədə aşkar deyilir”.

pia.az 


Etiket: Cəbhə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevin müdhiş gəlirləri...

Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı qərar verdi

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

Aynişanla Kənan boşanır? - Bir-birlərini təqibdən çıxardılar

loading...

Ən çox oxunanalar