Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür - Video

Bu gün erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağda və ətraf rayonlarda antiterror və sülhə məcbuertəmə əməliyyatlarına başlamasından 1 ay keçir.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 150-dən artıq kənd, onlarla strateji yüksəklik işğaldan azad edilib.

Bu müddət ərzində minlərlə canlı qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur edilib.

Ermənistan tərəfinin uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutmasına rəğmən, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə alıb, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırıb.

Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əmliyyatları dəstəkləyib, onminlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edib.

Bu gün hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun qələbəyə nail olması üçün əlindən gələni edir.

Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözləyir.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar