Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Toktayım Umetaliyeva: Qırğızıstanda İlham Əliyevi gözləyir və Mehriban Əliyevaya təşəkkür edirlər

Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlıq işləri sürətlə davam edir...

Bu yaxınlarda Bişkekdə Azərbaycan və Qırğızıstanın “Dostluq Parkı”nın təməlqoyma mərasimi keçirildi. Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak etdi.

“Qırğızıstan Azərbaycanla zamanın sınağından keçmiş dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”, - deyə S.Jeenbekov vurğulayıb.

Parkın açılışı Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutacaq.

Media.Az Qırğızıstandakı tanınmış siyasi xadim, keçmiş prezidentliyə namizəd Toktayım Umetaliyeva ilə söhbət edib.

- Azərbaycan və Qırğızıstanı nə birləşdirir, Prezident İlham Əliyevin Qırğızıstana səfəri nə dərəcədə vacibdir?

- Hesab edirəm ki, səfər son dərəcə vacibdir. Biz həmişə qohum, qardaş xalqlar arasındakı əlaqələrin inkişafından danışırıq, Azərbaycan xalqı da bizim üçün belədir. Bizim ortaq tarixi, genetik, mədəni köklərimiz var.

Qırğızıstanda böyük Azərbaycan diasporu var, qarışıq nikahlar çoxdur. Dastanlarda da oxşar cəhətlərimiz çoxdur. Məsələn, “Koroğlu”. Bu, vahid köklərin mövcudluğunu göstərir. Çox şadam ki, Bişkekin mərkəzində Azərbaycan və Qırğızıstanın qardaş dostluq parkı açılacaq.

Tarixi materialları, irsimizi birgə öyrənməyi vacib sayıram. Axı bu təbəqə hələ açılmamış qalır. Mütəxəssislərdən başqa kimlər 751-ci ildə qırğızların digər türk xalqları ilə çiyin-çiyinə döyüşdüyü Talas döyüşü barədə məlumatlıdır? Azərbaycanlıların və qırğızların uzun əsrlər boyu əməkdaşlıq etdiklərini və bir-birinə kömək etdiklərini təsdiq edən onlarla nümunə gətirmək olar.

UNESCO-nun keçmiş rəhbəri İrina Bokova ilə birlikdə Qırğızıstanın mədəni irsini müdafiə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətini qeyd etmək istəyirəm. Söhbət “Manas” dastanından gedir. Bu dastan Çin deyil, qırğız, türk irsi olaraq tanınıb. Bu, böyük bir nailiyyətdir.

- İqtisadi münasibətlərlə bağlı nə demək olar?

- Azərbaycan neft və qaz hasil edən ölkədir. Beləliklə, ən barizi enerji təchizatı sahəsində əməkdaşlıqdır. Ancaq qarşılıqlı investisiya və turizm məsələlərinə də diqqət yetirərdim. Getdikcə daha çox qırğız Azərbaycana səfər edir və bunu arzulayanların sayı da artır. Aviauçuşların yüksək qiyməti buna mane olur, bu məsələni müzakirə etmək olar, çünki qarşılıqlı turist axınını artırmaq üçün real imkan var.

Ayrı bir mövzu isə su qaynaqlarının qorunması və ümumiyyətlə, ekoloji təhlükəsizlik mövzusunda təcrübə mübadiləsidir.

- Bəs Azərbaycan üçün çox vacib olan ərazi bütövlüyü məsələlərində qarşılıqlı siyasi dəstək barədə nə deyə bilərsiniz?

- Əlbəttə, bu cür dəstək vacibdir, baxmayaraq ki, Qırğızıstan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycan isə bu birliklərin üzvü deyil. Hər hansı bir dövlət üçün ərazi bütövlüyü məsələsi prioritet olmalıdır. Əlbəttə, biz bu prinsipi dəstəkləyirik.

- Sabiq prezident Almazbek Atambayevin rəhbərliyi dövründə belə bir hadisə olmuşdu: İqtisadi Əməkdaşlıq Təşkilatı sammitinin Qarabağ münaqişəsinin iqtisadi inkişafa və bölgənin potensialının tam reallaşmasına mane olduğu, xarici işğal amilinin də qeyd edildiyi yekun bəyanatına Qırğızıstan qoşulmadı. Bişkek demarşı həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasına səbəb olmuşdu.

- Qırğızıstan beynəlxalq hüquqa dəstək olmalıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var və bu, bir faktdır.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İlham Əliyev


loading...

Ən çox oxunanalar