Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayevin Rusiyaya qarşı sərt mövqeyi - Qazaxıstan niyə Rusiyaya meydan oxuyur?...

Dünən Şarl Mişellə telefon danışığında Tokayev bildirib ki, Qazaxıstan Avropanın neft bazarında Rusiya neftini əvəz etməyə hazırdır...

Politoloq: “Tokayev xaosdan Rusiyanın köməyi ilə xilas olmadı. Sadəcə olaraq Tokayev Rusiyanın çıxardığı oyunları Moskvanın öz əli ilə aradan qaldırdı”.

“İndi Qazaxıstanın əsas həfədi Avropda enerji məsələsində Rusiyanın yerini almaqdır”.

Bu sözləri politoloq Samir Hümbətov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin son zamanlar Rusiyaya qarşı sərgilədiyi sərt mövqenin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Qazaxıstan prezidenti son zamanlar Rusiyaya qarşı sərt mövqe sərgiləməkdədir. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən Putinin qarşısında Rusiyanın Ukrayna ilə bağlı mövqeyini tənqid etməkdən çəkinməyən Qazaxıstan prezidenti dünən də ölkəsinin Avropanın neft bazarında Rusiyanı əvəz etməyə hazır olduğnu bildirib. O, bunu Avropa İttifaqı Şurasınıni prezidenti Şarl Mişellə telefon söhbətində bəyan edib.

İstər Avrasiya İqtisadi İttifaqında, istərsə də KTMT-də Rusiyanın müttəfiq olan Qazaxıstanın bu davranışlarına səbəb nə ola bilər? Yanvar ayında məhz Rusiyanın köməyi ilə hakimiyyətini xilas edən Tokayevin Rusiyaya arxa çevirməsini necə başa düşmək olar?

Qeyd edək ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Rusiyaya qarşı sərt mövqeyi ilə heç zaman seçilməyib. Əksinə “Elbaşı” hər zaman geostrateji məsələlərdə hər zaman Moskvanın yanında yer alır, ən azından daha yumşaq davranışlar sərgiləyirdi.

Yanvar hadislərindən sonra isə Tokayevin Moskvadan daha çox asılı olacağı gözlənilsə də, bunun əksi baş verdi. Tokayev sanki yanvar hadisəslərinə görə Rusiyadan qisas alırcasına davranması isə heç də birmənalı qarşılanmır.

Qazaxıstanın son zamanlar Rusiya ilə bağlı mövqeyini PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Tokayev bilir ki, artıq Rusiya əvvəlki Rusiya deyil və Moskvanın nüfuzu, gücü də əvvəlki səviyyədə deyil”.

Rusiyanın Ukraynaya bataqlığına girməsi və hələ də o bataqlıda qalmasının Tokayevin əlini daha da gücləndirdiyini düşünən politoloq PİA.az-a bildirib ki, Qazaxıstan prezidentinin Rusiyaya qarşı bu cür addım atması ona arxa çevirməsi deyil. Sadəcə olaraq Qazaxıstan mümkün variantda, lazım olan anda vəziyyəti doğru dəyərləndirmək istəyir:

“Öncə onu qeyd edim ki, Tokayev xaosdan Rusiyanın köməyi ilə xilas olmadı. Sadəcə olaraq Tokayev Rusiyanın çıxardığı oyunları Moskvanın öz əli ilə aradan qaldırdı. Çin, Avropa, ABŞ və Türkiyənin basqısı ilə Rusiya Qazaxıstanda qala bilmədi və oradan çıxdı.

Digər tərəfdən Tokayev Rusiyanın Qazaxıstanda iğtişaşlar zamanı etdiyi hadisələri, hətta günahsız insanlara qarşı işlətdikləri silahları da görürdü. Hətta rus ordusu Qazaxıstanda bir ailəni öldürdü. Bu məsələlərə görə Tokayevin içində Rusiyaya qarşı bir kin yarandı. Baxmayaraq ki, Tokayev uzun illər Rusiyada səfir fəaliyyəti də göstərib və uzun illər Rusiya ilə bağlı adam olub.

Başqa səbəb odur ki, artıq Rusiyanın əvvəlki Rusiya olmadığını və Moskvanın nüfuz və gücünün də əvvəlki səviyyədə olmadığını Tokayev yaxşı bilir. Qərbdən Rusiyaya qarşı sanksiyalar artıb və zaman keçdikcə də artacaq. Ona görə də Qazaxıstan imkan daxilində çalışır ki, geosiyasi və iqtisadi baxımdan yaranmış vəziyyətdən yararlansın.

Doğrudan da alternativ variant kimi Qazaxıstan Rusiyanın enerji məsləsini Avropda əvəz edə bilər və Azərbaycanın, həmçinin Türkiyənin hazırkı infrastrukturları qazax neftinin Avropaya nəqlini texniki cəhətdən mümkün edir. Yəni Avropaya neftin, qazın nəqli məsələsində digər dövlətlər kimi Qazaxıstan da faydalana bilər və Tokayev də bu fürsəti dəyərləndirməyə çalışır. Çünki bütün hallarda Rusiya bir neçə il müddətində Avropa neft və qaz bazarından çıxarılacaq.

Samir Hümbətov: “Qazaxıstanın atdığı bu addımlar “Türk Dövlətləri Birliyi” nin istər iqtisadi gfücünü, istərsə də siyasi nüfuzunu artıracaq”.

Məlumdur ki, KTMT və Avrasiya İttifaqı çərçivəsində Qazaxıstan Rusiya ilə birlikdə fəaliyyət göstərir. Amma indi Qazaxıstanın əsas həfədi Avropda enerji məsələsində Rusiyanın yerini almaqdır. Bunun da bir neçə səbəbi var:

1. Çinlə Qazaxıstanda arasında əlaqələr genişlənib və möhkəmlənib;

2. İndi Qazaxıstan Qərblə əlaqələrinin möhkəmləndirməyə çalışır və mövcud geosiyasi durum bunu tələb edir;

3. Qazaxıstanda keçirilən referendumdan sonra ölkədə bəzi şeylər dəyişəcək və dəyişiklik Qazaxıstanı yeni dövrün tələblərinə hazırlamalıdır;

4. Çinlə Avropa arasında əsas lojistik mərkəzə çevrilə bilmək üçün Qazaxıstan Azərbaycan və Türkiyə daha sıx inteqrasiyaya getməlidir. Daha doğrusu belə bir inteqrasiyaya start verilməlidir.

Bildiyimiz kimi sonuncu dəfə Ərdoğan Qazaxıstana səfərdə oldu. Bir neçə gün öncə də Bakıda Qazaxıstan, Türkiyə, Azərbaycanın xarici işlər nazirlərinin və nəqliyyat nazirlərinin görüşü keçirildi. Bakı bəyannaməsi imzalandı. Bunların hamısı da Tokayevin əlini gücləndirən əsas faktorlardandır;

Rusiyanın Ukraynaya bataqlığına girməsi və hələ də o bataqlıda qalması Tokayevin əlini daha da gücləndirir. Buna görə də düşünürəm ki, Tokayevin Rusiyaya qarşı bu cür addım atması ona arxa çevirməsi deyil. Sadəcə olaraq Qazaxıstan mümkün variantda, lazım olan anda vəziyyəti doğru dəyərləndirmək istəyir. Buna görə də indidən müəyyən addımlar atır. Düşünürəm ki, Tokayev də bunu edə bilir və Qazaxıstanın atdığı bu addımlar “Türk Dövlətləri Birliyi” nin istər iqtisadi gfücünü, istərsə də siyasi nüfuzunu artıracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar