Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

To-PLAN -tı...

Rəhmətlik Səməndər demiş, bu toy ki, var, vacib məsələdir...

Təkcə bəyə gəlinə yox, bütövlükdə ölkəyə toy tutublar! Dövlət, hökumət adamların qarşısında diliqısa, gözükölgəli oldu.

İndi sıravi adamlar özünə ziyan verəcək şeylər edəcəklər. Bunu pandemiyanını ikinci və milli dalğası da saya bilərsiniz. Təbrik edirəm!..

***

Gələk toplantıya. Sözün əvvəlindəki to-nu, arxasındakı tı-nı çıxsan, qalır plan. Yəni əməlli başlı plandır. (Məncə, siz Səyavuş müəllimin toPLANtı sözünü seçməsini, dara-bara salmayın!)

Bəri durun, mən deyim, siz sayın, görün, nə yaratdı o to-PLAN-tı?..

***
Ölkənin siyasi elitasının bir hissəsi, o biri hissəsinin məhləsində, “palatka” toyunda iştirak edib. Bir toyluq tanınmış, varlı adama dövlət cəriməni necə kəssin? Onun xırda məmuru "Gənclik"dəki kasıb doqquz mərtəbələrdən, varlılar məhləsinə adlaya bilmir qorxudan. Ombudsmana cərimə çekini kim, necə təqdim edəcəklər? Hələ Ramiz müəllimi demirəm!

Ədalətdən danışan bircə YAP yetkilisinə, Səyavuş müəllimə, bundan sonra kim inanacaq?

Onlara bu cərimələri sənədli, subutlu təqdim edəcəklərmi?

Belə baxanda, adi, məişət zəminində olaydı, amma əməlli ictimai narazılıq yaradıb. Hər kəs birinci addımı kimin atacağını gözləyir.

Hər kəsi bir sual maraqlandırır. Bundan sonra dövlət hansı üzlə, kimi cərimələyəcək?

Kimə toy, vay, qadağası qoyacaq?

Gözün aydın, məmləkət. Başını yenə də iki daş arasına qoydular. Əslində bəlkə hər şeyi alt-üst eləməyin bundan gözəl variantı da yox idi. Sən yenə də döz, məmləkət, belədir də, nə deyə bilərik axı, acizik, nə qədər ağır söz olsa da o qədər həqiqətdir!..

***

...Niyəsə yadıma karantində qayda pozub, işləyən kafedə qab yuyan, "mişkalı" xalatlı, əli qabarlı, yağloça, bölməyə gətirilən, şəp-şüplü qadın düşdü. Əslində o həm də məmləkətin günündə idi, yazıq və yorğun...

Jalə Mütəllimova

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Dövləti və Prezidenti söydürən dörd eks kimdir?!..

Başsız medianın yeni sahibləri: Keçid dövrü jurnalistləri

Ən çox oxunanalar