Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Titrəyən Merkel Pentaqonun “Kürd Dövləti” planını necə pozur?

ABŞ üçün indi İngiltərənin mövqeyi önəmli olacaq

Ergün Diler

“Takvim”, Türkiyə, 21 iyun 2019-cu il

Fikirlərin qarışdığını görürəm. İstanbulda nə olacaq? Türkiyədə nələr baş verəcək? Bölgə hara sovrulacaq? Bunalara bənzər bir sıra suallar verilməkdədir. Məncə, media həyati önəm daşıyan məsələlərdə aydınladıcı olmur, ola bilmir. Qısır və aşağı səviyyəli gündəliklərlə maraqlanmaqdan vaz keçmirik. Məsələlərə şəxslərin adını çəkərək yanaşmaq xoşumuza gəlir. Amma doğrusu bu deyil. Çünki şəxslər deyil, sistemlər qazanır. Bunu bilmədiyimiz üçün analizlərimiz, dəyərləndirmələrimiz natamam olur. Bu məsələni bir az açaq. Xaricdən nümunə göstərərək, daxilə keçək.

Angela Merkel, təqribən 1,5 ildir ki, katolik Amerika ilə ciddi savaş halındadır. Merkel daim Almaniyanın Vaşinqtondan idarə edilməsinə qarşı olub. Haqlı idi. Ancaq bir güc onu katolik Qərb almanlarının partiyası olan Xristian Demokrat Birliyinə (CDU-ya) rəhbər gətirdi. Katolikləri tək bir çətir altında toplamanın mümkün olmadığını da bu qərarla anlamışdıq. Katolik güc Almaniyada “Der Spiegel”lə təsirli oldu. Xatırlayırsınızsa, bu jurnalla bağlı bir neçə yazı yazmışdım. Jurnal “Tramp-Ərdoğan-Putin-Cinpinq dördlüyünün dünyanı idarə etməsinə izin verməyin” deyirdi. Belə bir üz qabığı ilə bu yaxınlarda çıxmışdı.

“Der Spiegel” 2018-ci ildə Almaniya baş naziri Angela Merkelin çılpaq fotosunu vermişdi. Bu, Almaniya tarixində ilk hadisə idi. Katolik güc olan “Der Spiegel” protestant Merkeli bitirmək üçün hərəkətə keçmişdi. Bu hadisədən sonra Merkel “dərin Amerika”nın qarşısına keçdi. Çünki savaş başlamışdı. Bu savaşda uduzan tərəf də Merkel və komandası olacaqdı.

Bu yaxınlarda Merkel Ukrayna Prezidenti Zelenskini qarşıladı. Ancaq qarşılama mərasimində Merkeli titrətmə tutdu. Bu, dəqiqələrlə davam etdi. Hətta qonaq prezident qorxdu. Nə olduğunu anlamadı. Hər kəs “Merkel xəstədirmi?” sualını verdi. Merkel manşetlərə çıxmışdı.

Merkelin titrədiyi yerdə görüntülərini ilk yayan da “Der Spiegel”in internet səhifəsi oldu. Almaniya bu anı televiziyalardan öncə “Der Spiegel”in onlayn səhifəsindən görmüş, öyrənmişdi.

Merkel də bir cavab vermək istəyirdi. Daha öncə gizli toplantılarda “kürd dövləti” haqqında dəfələrlə söylədiyi fikrini özəl bir yerdə bir dəfə də təkrarladı. Katolik əhalinin sıx olduğu və Pentaqonun daim özəl yer olaraq baxdığı Aşağı Saksoniya əyalətinə etdiyi ziyarətdə “Mən İraqın ərazi bütövlüyündən yana olduğumu təkrarlayıram. Bu məsələdə fikrim əsla dəyişməyəcək. Müstəqil bir kürd dövlətinin qurulmasının bölgədəki xaosu artıracağı ortadadır. Kim bu dövləti istəyirsə, bölgənin sülh şəraitində yaşamasını istəmir” dedi.

Merkel Pentaqonu hədəfə almışdı. Çünki Pentaqonun müşavirləri 2019-cu ilin ilk günlərində Aşağı Saksoniya əyalətində bir konfransa qatıldılar və burada “kürd dövləti” sözü verildi. Pentaqon, Şimali İraq mərkəzli bir kürd dövləti ilə Orta Şərqi şəkilləndirməyi planlaşdırır.

PKK-ya böyük dəstək verən Almaniyanın kəşfiyyat qurumu BND, dəfələrlə önəmli kürd şəxslərə “dövlət” sözü verdi.

PKK-nın lider kadrları da Almaniya ilə əməkdaşlıqda daim “dövlət” sözü üzərindən hərəkət etməyi seçdilər.

İndi Merkel yeni bir dövrün fitilini yandırdı. Almaniya Baş nazirinin sözləri önəmlidir, dəyərlidir. Alman dövlətinin qərarlarıdır. Bu sözlər həmişə diqqətlə dinlənilir. Bu səbəblə, Merkelin verdiyi açıqlamalar alman dövlətinin də qərarlarıdır və ABŞ ilə yeni bir toqquşma olaraq qəbul edilməlidir. Məsələ bu qədər aydındır. Savaş meydanı yenə bizim coğrafiyamızdır.

Almaniyanın ABŞ-la qarşı-qarşıya gəlməsinin səbəbi də maraq edilir. “Berlin bu qədər cəsarət dolu addımları necə atır?” deyərək sual verən çoxdur.

2018-ci ildə MKİ Suriyada 3 BND agentini tələyə saldı. Ortaq bir əməliyyat gözlənildiyi halda, MKİ BND agentlərini cəzalandırdı. Bu, Berlində böyük sarsıntıya səbəb oldu. İki qurum arasında kəşfiyyat mübadiləsi davam etsə də, daxili çəkişmə zirvəyə çıxdı.

Digər tərəfdən, Almaniya Orta Şərqdə gücünü itirməyə başladı. Bu da sirr deyil.

Afrikada da böyük zərbə alan Almaniya, ABŞ-la maraq toqquşmalarına girdi. Nəhayət, geri dura bilməzdi. Bu durum Pentaqon üçün gözlənilən idi. ABŞ Orta Şərqdə tərəfdaş olaraq İngiltərəni seçdi. Hətta Afrika üçün də müəyyən anlaşmalar əldə edildi. Oyundan kənara itələnən Almaniya Fransa ilə ortaqlıq imzaladı. Bu da şahmatın təbiətinə uyğun bir həmlə idi. Ancaq ABŞ İngiltərə ilə birgə addım atarkən bir anda Londonun digər üzünü gördü. Bunu da çox yazdım.

2019-cu ilin ilk günlərində Almaniya, Fransa və İngiltərə ABŞ-ın sanksiyalarını neytrallaşdıraraq, İranla ticarət etmək məqsədilə birgə “İnstex” adlı bir ödəmə sistemi qurduqlarını elan etdilər. İngiltərə ilə ortaq olan ABŞ “başqa bir İngiltərə” ilə savaşmağa məcbur qalırdı.

Tereza Meyin bu “İnstex” qərarı kreslosunu itirməsinə yol açdı. O, “Brexit” qəraları alaraq ABŞ-la ortaqlıq edən kimi görünsə də, əslində, bunu əngəlləyirdi. ABŞ bunu anlayan zaman itkisi böyük oldu. Tereza Mey kreslosunu itirdi, lakin “Brexit” ssenarsi ilə ABŞ-ın da iki il itirməsinə səbəb oldu.

Vaşinqtonun kürd dövlətinin qurulmasını istədiyi doğrudur. Almaniyanın istəmədiyi isə artıq məlumdur. İndi digər oyunçuların kimin yanında yer alacağı önəmlidir. Meyin yerinə Boris Consonun gəlməsi ABŞ-ın istədiyi bir durumdur. Görünən odur ki, Conson, yəni Vaşinqton xətti çox öndədir.

Təkrar başa dönək və oyunçuları sıralayaq. ABŞ, Almaniya, Fransa, İngiltərə və biz. Çünki burnumuzun dibində kürd dövləti qurmaq istəyirlər. Final səhnəsində nə olacağı da bəlli deyil. Merkel getdi, göz yaşları içində Mey də getdi. Makron çətin durumda.

Anlayacağınız odur ki, yenidən paylaşma uğrunda savaş gedir və paylaşma masası qurulub. İngiltərənin mövqeyi kritik önəm daşıyır. Baxaq, görək Boris Conson nə edəcək? ABŞ-a yaxın olsa da, bu nöqtədə duracaqmı, sapacaqmı? Görəcəyik.

Belə böyük mübarizə getdiyi halda, daxildə təzyiq normal qala bilməz. Burada da ritm artacaqdır. İstanbul seçkiləri bunun ilk göstəricisi olacaq, davamı da gələcəkdir. Hadisələrə belə baxarsaq, məncə, mümkün hadisələri öncədən proqnozlaşdıra bilərik. Bunlar Qərbdə yazılır, təsvir edilir. Baxaq, görək nələr (Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar