Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Titanik”i batıran aysberqin nadir şəkili tapıldı - Foto

“Titanik”i batıran aysberqin fəlakətdən iki gün əvvəl təsadüfən çəkilmiş fotosu üzə çıxıb...

PİA.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəklin müəllifi "İton" adlı başqa bir gəminin kapitanı V. Vud olub. O, fotoqrafiya ilə maraqlanırmış və gəmisi "Titanik" ilə eyni su yolu boyunca Atlantikanı keçəndə nəhəng buz blokunu qeydə alıb.

Nyu Yorka uğurla çatan Vud çəkdiyi fotonu "Titanik"i batıran aysberq olduğunu qeyd edərək məktubla birlikdə ailəsinə göndərib.

Vud yazırdı: "Mən sizə dəniz şəkli göndərirəm: Fırtınadan qaçan "İton" və "Titanik"i batıran aysberq.

"İton" kapitanı gəmisinin "Titanik"in batmasından 40 saat əvvəl bu yerdən keçdiyini əlavə edib. Gün ərzində bu baş verdiyindən komandası asanlıqla aysberqi görüb və ötüb keçib. Vud foto çəkildiyi yerin koordinatlarını da qeyd edib və onlar təxminən "Titanik"in batdığı yerlə üst-üstə düşür.

Daily Mail-in yazdığına görə, ötən əsrdə məşhur laynerin qəzaya uğradığı yerin yaxınlığında bir neçə aysberq tapılıb. Onlar toqquşmadan əvvəl və sonra formalaşıblar. Bununla birlikdə Vudun fotoşəkli ən uyğun görünür, çünki aysberqin şəkli qəza şahidlərin dedikləri ilə uyğundur.

Nadir fotoşəkil bu il iyunun 20-də hərracda satılacaq. Lotun başlanğıc qiyməti 15000 olacaq.

Xatırladaq ki, məşhur okean gəmisi "Titanik" öz dövrünün ən böyük gəmisi olub. Sauthemptondan Nyu Yorka ilk səfəri zamanı Nyufaundlend sahillərində bir aysberqlə toqquşduqdan sonra batıb. Fəlakət 1.496 nəfərin ölümünə səbəb olub, 712 nəfər xilas edilib. Qəzada ikiyə bölünən gəminin dağıntıları 1985-ci ildə tapılıb.

pia.az


Etiket: Titanik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar