Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı”

Titanik gəmisinin batması haqqında hər kəs məlumatlıdır

Tarxin ən böyük hadisələrindən sayılan bu gəmi qəzasında dünyanın bir çox yerindən çox zəngin insanlar həlak olub. Bu ağır faciədə 1514 insan həyatını itirib. Ümumilikdə isə gəminin 2223 sərnişini olub. Lakin 2224 bilet satılmışdı. Gəmi yola çıxanda bir sərnişin yox idi.

Gəmiyə gecikən şəxs türkiyəli həkim Besim Ömer Akalın idi. O, əlverişsiz hava şəraitinə görə Fransadaki “Cherbourg” limanına vaxtında gedib, çıxa bilməmişdi. O, limana çatanda Titanik gəmisi artıq 4 saat idi ki, yola çıxmışdı. Besim Ömer Nyu Yorkda bir sağlamlıq konqresinə qatılmaq üçün 1 ay əvvəlcədən Titanik gəmisinə bilet almışdı.

Besim Ömer bu önəmli konqresə getmək üçün başqa bir gəmiyə bilet aldı. O, limanda gəminin yola çıxacağı günü gözləyərkən Titanikin batması xəbərini qəzetdən oxudu. Xəbərdə ölənlərin adları arasında öz adını da görən Besim Ömer gəmiyə gecikdiyinə görə sevincli idi, lakin ölənlər üçün isə çox üzülmüşdü.

Ömer Besin Türkiyənin məşhur qadın və uşaq həkimi olub. O hərbi tibb akademiyasından məzun olduğu üçün ona Ömer Paşa deyə də müraciət edirdilər. Daha sonra isə “Akalın” adını alıb. Sonrakı illərdə o, İstanbuldakı məşhur Darülfün universitetində rektor olaraq işləməyə başladı. Daha sonra isə Ömer Besin millət vəkili də olub.

Yaşadığı həyatı boyunca 50-ə yaxın əsər yazıb. Bunlardan ən məşhuru “Nevsali Afiyet” idi.

Ömer Besin Titanikə gecikmiş tək sərnişin idi. Onun çemodanları gəmiyə yüklənmişdi. Lakin özü isə gəmi ilə səfər edə bilməmişdi.

Ömer Besin bu hadisədən illər sonra verdiyi bir müsahibədə bu sözləri demişdi: “Titanikdən xilas olan tək Türk mənəm. Ona görə də məni heç bir qəza qorxuda bilməz. O ağır faciədə 1514 nəfər həyatını itirdi. Əgər biraz tez getsəydim, ölü sayı 1515 olardı. Həyatımı bir gəmiyə gecikməyimə borcluyam.” (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar