Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb Universitetində yenilik - yeni ixtisas açılır

Bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq...

Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkədə yeganə ali tibb təhsili verən bu məktəbdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Universitetdən APA-ya verilən xəbərə görə, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi: "Keyfiyyətli tibb təhsili verən ATU-da bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı. Halbuki, gündəlik həyatımızda səhhətimizlə əlaqədar olaraq işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac daha çoxdur.

ATU rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək. İxtisas üzrə təhsil alan gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etika qaydalarına hər zaman riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq".

pia.az


Etiket: ATU

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar