Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb Universiteti tələbələrinin təhsil haqqından azad edilməsi təklif olunub

“Pandemiya ilə bağlı rayonlarda internetlə bağlı problemə görə uşaqlar onlayn təhsildən kənarda qalıb”.

PİA.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Məşhur Məmmədov bildirib.

M. Məmmədov deyib ki, problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsə də, ümumi cavablar verilir: “Belə olmaz. Əgər təhsil İnternet üzərindədirsə, İnternet yoxdursa, uşaqların gələcəyi necə olacaq?”

Millət vəkili Masallıda həkim çatışmazlığı olduğunu nəzərə çatdırıb: “Rayonlarda həkim kimi işləyəcək tələbələrin təhsil haqqından azad edilməsi yaxşı olar. Əgər Masallıda 65 yaşdan yuxarı həkimlər xəstəxanadan çıxarılsa, həkimlərin 60 faizi azalacaq. Azərbaycanda tibb təhsili alan kadrlar Avropada özlərinə iş tapa bilirlər. Biz rayonlarda həkim problemini həll etməsək, rayonlardan Bakıya əhalinin köçü artacaq”.

M. Məmmədov qeyd edib ki, rabitə, qaz və elektrik xətlərinin çəkilməsi ilə bağlı taariflər kifayət qədər yüksəkdir: “Biz bir qrup millət vəkili ilə bu məsələni bir neçə dəfə müzakirə etmişik. Bu taariflərin azaldılmasına ehtiyac var”.

Komitə sədri Tahir Mirkişili isə bildirib ki, rüsumları parlament yox, Nazirlər Kabineti, Tarif Şurası müəyyən edir: “2021-ci ildən tibbi sığortanın tətbiqinə başlanır. Amma Tibb Universitetində oxuyan tələbələrin hamısının təhsil haqqının dövlət tərəfindən verilməsi maraqlı təklifdir”.

Millət vəkili Rüfət Quliyev isə sovet dövründə olduğu kimi bəzi ixtisaslarla bağlı məcburi təyinat sisteminin yenidən tətbiq olunmasını təklif edib: “Bəzən müraciət edirlər ki, oğlum adi təhsillidir, niyə iş tapa bilmir? Baxıram ki, beynəlxalq hüquq, gömrük və digər ixtisasları bitiriblər. Amma bu gün bizə aqronomlar, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər lazımdır. Bu gün aqronom gəzirsən, 70 yaşlı azərbaycanlı gəlir. Qardaş Türkiyədən aqronom gəlir, məsləhət verir, 2500-3000 min manat haqqın əks olunduğu çek yazır. Bizə mütəxəssislər lazımdır”.

R. Quliyev tariflərin baha olması ilə bağlı məsələnin müzakirəsi üçün dövlət qurumlarının rəhbər şəxslərinin Milli Məclisə dəvət edilməsini təklif edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar