Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

Kempbel Mak Dayərmid
Telegraph.co.uk
 
Böyük Britaniyanın “The Telegraph” qəzetinin müxbiri Kempbel Mak Dayərmid İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi ərazilərə səfər edib. O, Füzuli rayonunda uşaq vaxtı Ağdamı tərk etmək məcburiyyətində qalmış Həbib Məmmədovdan müsahibə götürüb, yol boyu gördüyü bəzi yerlərdən bəhs edib, reportajına prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söylədiklərindən də iqtibaslar əlavə edib.

Kempbel Mak Dayərmidin reportajı “The Telegraph”da fevralın 28-də dərc olunub. Novator.az saytı “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər. Azərbaycanlılar səbirsizliklə Dağlıq Qarabağa qayıdacaqları günü gözləyirlər” başlıqlı reportajı ingiliscədən çevirərək qısa ixtisarla təqdim edir.

Həbib Məmmədov bütün varlığıyla bu səfərə köklənmişdi: ona uşaq vaxtı doğulub boya-başa çatdığı evin qalıqlarını görə biləcəyini demişdilər.

42 yaşlı dövlət məmuru Həbib Məmmədov Ağdamda doğulub. O, bu yaxınlarda Azərbaycan hökumətinin sonuncu Qarabağ savaşı zamanı erməni silahlı qüvvələrindən geri alınan torpaqlara təşkil etdiyi səfərdə jurnalistləri müşayiət edirdi.

Həbib Məmmədov ailəsi ilə birlikdə Ağdamdan köçkün düşəndə onun 14 yaşı olub. İndiki səfərində darmadağın olan Ağdamı görəcəyi anı həyəcanla gözləyirdi. Lakin marşrut dəyişdiyindən Ağdama səfər baş tutmadı. Amma Həbib bəyin 27 illik həsrətdən sonra bir neçə ay da gözləməyə səbri çatırdı.

“Yaşlı insanların isə gözləməyə səbri çatmır. Onlar ölməmiş öz torpaqlarını görmək istəyirlər”. Geri alınan Füzuli ərazisində elektrik yarımstansiyasının tikintisinə yaxın yerdə Həbib Məmmədov bunları söylədi.

1988-1994-cü illərdə sovet imperiyasının dağılması fonunda aparılan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçıları tarixən ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ ərazisini və əsasən azərbaycanlıların yaşadığı yeddi ətraf rayonu nəzarət altına aldılar.

Azərbaycan heç vaxt bu nəticə ilə barışmayıb və ötən ilin sentyabrında prezident İlham Əliyev torpaqların geri alınması məqsədilə müharibəyə başladı. Müharibə noyabr ayında Rusiyanın elan etdiyi atəşkəslə bitdi.

Türklərin Azərbaycana verdiyi hərbi dəstək qələbədə həlledici oldu və nəticə hesabını kəskin şəkildə dəyişdirdi. Erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onu əhatə edən bölgələrin böyük hissəsini təslim etmək məcburiyyətində qaldı.

Birinci Qarabağ savaşı zamanı köçkün düşmüş 700 mindən artıq azərbaycanlı indi səbirsizliklə mina təmizləmə işinin başa çatmasını gözləyir ki, gedib evlərinin dağıntılarını görə bilsinlər.

Həbib Məmmədov deyir: “Ora mənim doğulub boya-başa çatdığım yerdir. Dədə-babam yüz illər boyunca orada yaşayıb. Ora mənim mənsub olduğum yerdir və düşünürəm ki, təkcə bu səbəb Ağdama qayıtmağım üçün yetərlidir”.

Altı il köçkün düşərgəsində şəraitsiz halda yaşayan Məmmədov içindəki qəzəbin xaricdə təhsil aldığı müddətdə, diplomatik karyerasında və Bakıda işlədiyi zamanlarda da heç vaxt sönmədiyini deyir: “Aid olmadığın yerdə özünü yarımçıq hiss edirsən. İçimizdəki nifrəti cilovlamaq mümkün deyil, bu da təbiidir, ermənilər bizə çox ağır travmalar yaşadıblar”.

1994-cü ildə imzalanan atəşkəsin ardından demək olar ki, hər il toqquşmalar baş verib. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçiliyi ilə aparılan yorucu sülh danışıqları isə heç bir nəticə verməyib.

Fevralın 26-da keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev ötən ilin sentyabrında müharibəyə yalnız son çarə kimi başladığını iddia edib: “Nəticələrə ümid etdiyimiz müddətdə danışıqlar prosesində iştirak edirdik. Lakin danışıqların mənasız olduğunu başa düşdükdə cavabımız münaqişəyə nöqtə qoydu”.

Həbib bəy üçün müharibənin travması zamanı dondurmuşdu, o cümlədən Ermənistanın nəzarəti altında olan bir çox ərazinin mənzərəsini də dondurmuşdu.

Hərbi bölgələrdə yerləşən və sövdələşmə çipləri kimi saxlanılan bu torpaqların bir çoxu 1994-cü ilin mayında bitən Birinci müharibədən bəri boş qalıb. Vaxtilə pambıq əkilən, üzüm bağları salınan ərazilər bu gün boşdur, bir vaxtlar kəndlərin olduğu yerlərdə tikililərin yalnız qalıqları qalıb.

Vaxtilə 30 minə yaxın insanın yaşadığı Ağdam döyüşlərdən və talanlardan o qədər ziyan görüb ki, azərbaycanlılar onu Qafqazın Xirosiması adlandırırlar.

Prezidentin sözlərinə görə, hökumət yurdlarına dönən əhalini dəstəkləmək üçün 2021-ci ildə təxminən 1,4 milyard funt-sterlinq büdcə ayıraraq geri alınmış ərazilərdə yenidənqurma işləri aparmaq üçün infrastruktur yaratmağa tələsir. Prezident gələcəkdə də bu ərazilərə investisiya qoyuluşlarının davam edəcəyini qeyd edib.

Azərbaycan Hava Yollarının rəsmisi Fərhan Quliyev bildirib: “Ərazilərimizin bərpasına nəqliyyat infrastrukturunu inkişaf etdirməklə başlayırıq”.

Füzulidən Şuşaya 101.4 kilometr uzunluğunda çoxzolaqlı avtomobil yolu çəkilir. “Zəfər yolu” boyunca yeni elektrik dirəkləri düzülüb. Mühəndislər gələn ilin ortalarına qədər yolun tikintisini bitirməyi planlaşdırırlar.

44 günlük müharibə Azərbaycana qələbə qazandırdı, ermənilər isə özlərini məğlub hesab edirlər.

Qarlı yamacda yerləşən Böyük Tağlar kəndində qədim bir kilsə, onun da ətrafında qalay dam örtüklü evlər var. Bu kənd Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən işğal olunmuşdu, 44 günlük müharibə zamanı isə geri alınıb.

Ermənilər Dağlıq Qarabağın daha çox dağətəyi hissəsində məskunlaşıblar. Noyabr atəşkəsi əsasında həmin hissələr də geri qaytarılıb, o cümlədən Böyük Tağlar kəndi boşaldılıb. Kənddə yalnız tikililərə sancılmış Azərbaycan bayraqlarını görmək olur.

Dağlıq Qarabağdakı erməni rəsmiləri bildirirlər ki, sonuncu müharibədə xeyli erməni qaçqın düşüb.

Ermənilərin əksəriyyəti azərbaycanlıların nəzarətində olan bölgələrə qayıtmaq istəmir. Azərbaycan tərəfi bildirir ki, Azərbaycan vətəndaşlığını qəbul etməyə razı olan ermənilər bütün hüquqlara sahib olacaqlar. Amma buna çox az erməni razıdır.

Azərbaycan rəsmilərinin sözlərinə görə, Azərbaycan çoxmillətli dövlətdir və ölkədə 30 min erməni yaşayır.

Amma ermənilərə təklif olunan hüquqlara erməni dilinin rəsmi dil kimi qəbul edilməsi daxil deyil. Tədris Azərbaycan və rus dillərində aparılacaq, bununla belə ermənilərin öz dillərində danışmaq sərbəstliyi əllərindən alınmayacaq.

“İstəyirlər lap svahili dilini rəsmi dil elan etsinlər. Azərbaycanın rəsmi dili yalnız Azərbaycan dilidir”. Prezident sonuncu mətbuat konfransında belə deyib.

Bütün bunlara baxmayaraq ölkədə antierməni əhval-ruhiyyəsi hökm sürməkdədir və insan haqları təşkilatları bunu tənqid edir. “Freedom House” təşkilatının 2020-ci il hesabatında Azərbaycan “azadlığın olmadığı ölkə” kimi göstərilib, hakimiyyət son illərdə vətəndaş azadlığına qarşı güclü təzyiq etməkdə, ifadə və fəaliyyət azadlığına çox az yer ayırmaqda günahlandırılıb.

Azərbaycanlıların çoxu son döyüşlərdə qaçqın düşmüş ermənilərin taleyinə biganədir. Bir hökumət işçisindən Böyük Tağlar kəndinin erməni sakinləri haqqında soruşduqda o, “ermənilər burdan qaçdılar” cavabını verdi.

Həbib Məmmədov müharibənin bitdiyini söyləsə də, narahat görünürdü: “Bizim üçün savaş bitsə də, məncə, onlar hələ sülhə hazır deyillər”.

Orjinal

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar